Abdulbarı Goozal Azərbaycana qarşı ayrı-seçkiliklə nəyə nail olmaq istəyir? — Ölkəmizdən Türkiyəyə axıdılan MİLYARDLAR
Tarix: 28-09-2019, 08:11 | Çap et
Bu gün Azərbaycanda qida sənayesindən danışanda, ilk olaraq ağıla “Azersun Holding” gəlir. Bu sahə üzrə bazarda əsas paya sahib olan holdinq ölkəmizdə milyardlarla pul qazanır. Təkcə onu göstərmək kifayətdir ki, “İntersun İnternational Sun Group FZCO” şirkətinin törəmə müəssisəsi olan “Azersun Holding”in tərkibinə “Azərbaycan Duz istehsalat Birliyi” QSC, “Azersun Ticarət və Dağıtım” MMC, “Bakı Qida və Yağ Fabriki” MMC, “İnnova Konstrakşn ənd Kontraktinq” MMC, “Kürdəmir Süd Emalı Zavodu” MMC, “Qafqaz Ticarət” MMC, “Sun Food Service” MMC, “Azersun Kənd Təsərrüfatı Məhsulları” MMC, “Qafqaz Konserv Zavodu” MMC, “Sun Tea Çay Fabriki” MMC və “Green Tech” MMC daxildir.
Bundan başqa, Abdolbari Goozalın rəhbərlik etdiyi holdinq “Lənkəran Konserv Zavodu” ASC, “Qazax Konserv Zavodu” MMC, “İntepe Ofşor LLC”, “Muğan Enerci LLC”, “Azərsun Humanitar Fondu”, “Svit Star” MMC, “Sumqayıt Plastik Emal Zavodu” MMC, “Gözəl Təbiət” MMC, “Qusar-İstixana” MMC, “Qusar-Agro” MMC və Gürcüstanda fəaliyyət göstərən “Dəfnə H A Limited” şirkətinin səhmdarıdır.
“Azersun Holding” tanınmış iş adamının Bakıda yaratdığı şirkətlərdən yalnız biridir. Şirkət 1997-ci ildə qurulub və təqribən 2500-3000-ə qədər işçiyə sahibdir.
Bütün bunların müqabilində Abdolbari Goozalin prezidenti olduğu holdinq son illərdə Azərbaycana qarşı ögey münasibət göstərir. Əvəzində isə iş adamı Türkiyədəki yeni-yeni layihələrə pul yatırmaq üçün ən yüksək səviyyədə görüşlər keçirir. Yeni layihələrin təməlini qoymaq məqsədilə, Ağrı vilayətinə intensiv səfərlər edir, növbəti investisiya yatırımları barədə düşünür. Aydındır ki, Abdolbari Goozalin son illər milyardlar yatırdığı ərazilər onun doğulub boya-başa çatdığı regiondur. Ancaq Azərbaycanın pulu hesabına şan-şöhrət qazanıb, sonradan bu ölkəyə yuxarıdan aşağı baxmaq ən azı vicdansızlıqdır. Halbuki, bu cür xeyriyyə işlərini Azərbaycanı unutmamaqla da etmək mümkündür.
Halbuki, məhz ulu öndər Heydər Əliyevin böyük etimadı və dəstəyi ilə ötən əsrin 90-cı illərində Abdulbari Goozal üçün Azərbaycanda ən münbit şərait yaradılmış, bu da onun çoxşaxəli fəaliyyətinə “yaşıl işıq” yandırmışdı.
Prezident İlham Əliyevin yüksək etimadı ilə də də bu yaxınlarda Abdulbari Goozala “Şöhrət” ordeni təqdim edilib. Ancaq bu qədər yüksək etimadın müqabilində holdinq prezidentinin göstərdiyi laqeyd münasibət Azərbaycan cəmiyyətində birmənalı qarşılana bilməz. Necə ki, qarşılanmır da! Qeyd edək ki, Abdolbari Goozal hələ 2013-cü ildə 40 milyon dollara Türkiyənin Ağrı vilayətinin Doğubayazit şəhərində ali məktəb – “Doğubayazıt Ehmedê Xanî Yüksek Okulu”nu tikdirərkən, bu layihənin reallaşması üçün Bakıya səfərlər təşkil olundu və holdinq prezidentinin razılığından sonra Doğubayazitdə ali məktəbin tikintisinə başlanıldı. O vaxtdan başlayaraq iş adamı Azərbaycanda qazandığı pulları Türkiyədəki layihələrə yatırmaqla məşğul olur.
Tanınmış iş adamı Ağrı İbrahim Çeçen Üniversiteti, "Doğubayazıt Ahmed-i Hani" peşə liseyi kimi təhsil ocaqları, xəstəxanalar, qida və sənaye müəssisələri tikdirir. Hələ bu azmış kimi, Türkiyədə öz şərəfinə "Abdulbari Gozal" parkı saldırır, 2014-cü ildə Türkiyənin Doğubayazıt şəhərinin mərkəzi prospektinə "Abdulbari Gozal" adı verilir.
“Azersun Holdinq” vaxtilə Azərbaycan həyata keçirilən bir çox layihələrdə - yeni təhsil ocaqlarının tikintisində və təmirində, ətraf mühitin qorunması ilə bağlı sosial layihələrdə yaxından iştirak edirdi. Holdinq bununla kifayətlənmir, hətta orta məktəblərdə təbliğat işləri aparır və müxtəlif səpkili tədbirlər həyata keçirirdi. Məhz mətbuatla yaradılmış sıx əməkdaşlıq da bu tip sosial layihələr zamanı meydana çıxmışdı. Lakin indi görünən odur ki, bu əlaqələr və layihələr tam dayandırılıb və münasibətlərin qurulması istiqamətində işıq görükmür.
Heç kəsə sirr deyil ki, indi Abdolbari Goozal Azərbaycanda qazandığı milyardlarla pulu ölkədən qırağa daşımaqla məşğuldur. Həmin pullar adətən Azərbaycandan kənarda, xüsusilə Türkiyədə bir sıra layihələrə yatırılır. Ölkəmizə vəsait yatırmağa maraqlı görünməyən holdinq Azərbaycandan əlini çoxdan üzüb.
“Azersun Holding”də diskriminasiya siyasəti bununla bitmir. Belə ki, holdinq son zamanlar daha çox Türkiyədən ölkəyə gələn əcnəbilərə üstünlük verir. Məhz bu ayrı-seçkilik nəticəsində yerli işçilər ixtisara düşür və onlar üçün sosial problemlər yaranmağa başlayır.
Məsələnin başqa bir tərəfi isə ölkəyə Türkiyədən işçi qüvvəsinin axınını və Dövlət Miqrasiya Xidmətinin buna göz yummasıdır. Üstəlik, Türkiyə vətəndaşları üçün sentyabrın 1-dən viza rejiminin qarşılıqlı qaydada ləğvi də bu cür halları artırmaqdadır. Əcnəbilərin bu kütləvi axınının qarşısı alınmazsa, daha böyük fəlakətlərə gətirib çıxara bilər.
Əldə etdiyimiz məlumata görə, “Azersun Holding”-də saxta diplomla yüksək vəzifə tutan əcnəbilər kifayət qədərdir. Bundan başqa, onların aldığı məvacib olduqca yüksəkdir. Təkcə bu məsələ ilə bağlı ciddi araşdırmaların aparılmasına zərurət yaranıb.
Azərbaycandan qazandığı pullarla kifayət qədər varidata sahib Abdulbari Goozal ölkəmizə investisiya yatırmaq istəmir. Həmçinin, sosial layihələrə də yatırım etməkdə maraqlı görünmür.
Bu və digər məsələləri əsas tutaraq, Azersun Holdinq” və onun rəhbəri Abdulbarı Goozala aşağıdakı suallara ünvanlayırıq və şirkətin həmin suallara cavab verməsini gözləyirik:
1. Vaxtilə sosial layihələrlə gündəmə gələn bir holdinq indi bunu niyə davam etdirmir ?
2. “Azersun Holding” media ilə əməkdaşlığa hansı səbəbdən son qoyub ?
3. “Azersun Holding”də əcnəbi işçilərin sayının sürətlə artımına səbəb nədir ?
4. Niyə Abdulbari Goozal Türkiyədə tikdirdiyi universitetin oxşarını Azərbaycanda inşa etdirmir?
5. Təhsil sahəsinə və digər sosial layihələrə investisiya yatırılmamasının səbəbi nədir?
Çox istərdik ki, Abdolbari Goozalın rəhbərlik etdiyi şirkət bu suallara obyektiv cavablar versin.
P.S. Biz isə mövzunu diqqətdə saxlayacağıq...
Demokrat.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:48 |
|
|
|
• Aqiyə Naxçıvanlıya ağır itki
Bu gün, 00:45 |
|
|
|
• İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• Ərzaq məhsulları bahalaşacaq - NƏ BAŞ VERİR?
Bu gün, 00:02 |
|
|
|
• İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Dünən, 19:02 |
|
|
|
• Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Dünən, 19:00 |
|
|
|
• Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Dünən, 18:58 |
|
|
|
• Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Dünən, 18:02 |
|
|
|
• Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Dünən, 17:52 |
|
|
|
• Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Dünən, 17:46 |
|
|
|
• Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Dünən, 17:43 |
|
|
|
• 19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Dünən, 17:24 |
|
|
|
• Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Dünən, 17:20 |
|
|
|
• "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Dünən, 17:19 |
|
|
|
• İranda hərbi təyyarə qəzaya uğrayıb
Dünən, 17:13 |
|
|
|
• İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Dünən, 17:10 |
|
|
|
• Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Dünən, 17:01 |
|
|
|
• "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Dünən, 16:59 |
|
|
|
• Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Dünən, 16:56 |
|
|
|
• "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Dünən, 16:54 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Dünən, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Dünən, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Dünən, 16:41 |
|
|
|
• "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Dünən, 16:39 |
|
|
|
• Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Dünən, 16:35 |
|
|
|
• Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Dünən, 16:34 |
|
|
|
• Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Dünən, 16:31 |
|
|
|
• Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Dünən, 16:20 |
|
|
|
• “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Dünən, 16:19 |
|
|
|
• Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:00 |
|
|
|
• Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Dünən, 15:56 |
|
|
|
• Ermənilər elə davranır ki... - ŞƏRH
Dünən, 15:54 |
|
|
|
• ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Dünən, 15:47 |
|
|
|
• İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Dünən, 15:44 |
|
|
|
• Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Dünən, 15:36 |
|
|
|
• Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Dünən, 15:35 |
|
|
|
• Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Dünən, 15:31 |
|
|
|
• “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Dünən, 15:27 |
|
|
|
• BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Dünən, 15:24 |
|
|
|
• "Məsələni ictimailəşdirmişdim" - VİDEO
Dünən, 15:18 |
|
|
|
• 4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Dünən, 15:15 |
|
|
|
• Ov mövsümü açıq elan edilib
Dünən, 15:12 |
|
|
|
• Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Dünən, 15:09 |
|
|
|
• Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Dünən, 15:04 |
|
|
|
• Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Dünən, 14:37 |
|
|
|
• Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Dünən, 14:33 |
|
|
|
• Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Dünən, 14:02 |
|
|
|
• Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Dünən, 14:00 |
|
|
|
• ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Dünən, 13:58 |
|
|
|
• MDB dövlət başçıları görüşəcəklər
Dünən, 13:09 |
|
|
|
|