Səfirlik və dövlət qurumu Teyyubun dana monopoliyasını araşdırır - İDDİA
Tarix: 7-09-2019, 11:32 | Çap et
Son iki ayda NUH.az saytında dərc olunan “Teyyub Hüseynovun dana monopoliyası”, “Dana monopilisti Teyyub Hüseynov baş redaktora təzyiq edir”, “Baş redaktor “dana monopoliyası” ilə bağlı Ukrayna prezidenti Zelenskiyə müraciət etdi” başlıqlı araşdırma yazıları cəmiyyətdə geniş rezonans doğurub, yazıda adı keçən ölkələrin səfirliklərinin, hüquq-mühafizə orqanlarının, hətta Ukrayna hökumətinin diqqətini xüsusi olaraq cəlb edib.
Və yazıda qeyd olunan inhisarçı şəbəkənin qanunsuz əməlləri ilə bağlı müvafiq orqanlar araşdırmaya başlayıb. Müzakirə məqsədilə NUH.az saytının təsisçisi və baş redaktoru Kamran Məhərrəmli Ukraynanın Azərbaycandakı səfirliyi tərəfindən rəsmi dəvət alıb.
Eyni zamanda Teyyub Hüseynovun monopoliya şəbəkəsi ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyi məlumatlandırılıb. Yaxın günlərdə Ukraynadakı səfirliyimizlə bu məsələni birgə müzakirə edəcəyik. Ümid edirik ki, qısa müddətdə Ukraynanın hüquq-mühafizə orqanları “dana monopolistləri” ilə bağlı konkret tədbirlər görəcək.
Qısa məlumat üçün qeyd edək ki, araşdırmamızın “qəhrəman”ı, Rusiyda “Timur”, Azərbaycanda “Peykan” ləqəbi ilə tanınan, 1966-cı ildə Tovuz rayonunun Əlimərdanlı kəndində doğulmuş, hazırda Rusiya vətəndaşı olan, Belqorod şəhər sakini Hüseynov Teyyub Məhəmməd oğludur. Teyyub Hüseynovun “qəhrəman”lığı nədir ? Teyyub Hüseynov Ukrayna Respublikasında “Brodi MİT EKSPORT” şirkətini yaradaraq ( direktor Teyyubun yaxın adamı Pərvizdir Əliyev, köməkçisi Ukrayna vətəndaşı Yuradır) Azərbaycana ixrac olunan diri mal-qara biznesini öz monopoliyasına alıb. Məlumdur ki, Rusiya və Ukrayna arasında siyasi münasibətlər gərginləşəndə hər iki tərəf qarşılıqlı sanksiyalar tətbiq etdi. Və Ukrayna məhsullarının Rusiya ərazisindən tranziti əngəlləndi. Bundan istifadə edən Teyyub Hüseynov Ukraynadan Azərbaycana ixrac olunan diri mal-qaranın monopoliyasını yaradıb. Və qanunsuz, qeyri-leqal yolla Ukraynadan mal-qaranın Rusiya vasitəsilə Azərbaycana ixracına tam nəzarət edir.
Teyyubun yaratdığı MEXANİZM-ə nəzər salaq: Hər birinin orta çəkisi 300-400 kq olan 80 baş diri heyvanın olduğu bir maşın üçün sahibindən 7500 dollar alan Teyyub malın Azərbaycana ixracına “xeyir-dua” verir. Hər ay bu yolla Ukraynadan Azərbaycana 50 maşın mal-qara gəlir. Peykan hər maşında 7500 dollar alır, bu isə ayda 7500 * 50 = 375000 dollar deməkdir. Hər maşının xərci 2000 dollardır. Deməli Peykanın xalis gəliri hər ay 275000 dollardır. Bir ildə 275000 * 12 = 3 milyon 300 min dollar. Son 5 ildə bu monopoliya Teyyub Hüseynovun əlindədir, deməli o qeyri-qanuni yolla 16, 5 milyon dollar gəlir əldə edib. Bir maşın yükün Azərbaycana çatdırılma xərci 6000 dollardır. Bu xərci “Peymanın rüsumu”na əlavə etdikdə belə rəqəm alınır: 7500 + 6000 = 13500 dollar.Dövlət Gömrük Komitəsi isə diri maln hər kiloqramına görə, 55 qəpik rüsum alır. Söhbət bir diri dananın Azərbaycana gətirilməsindən gedir, təmiz çəkidən yox. Əslində Azərbaycanda ətin bu gün real dəyərindən çox yüksək olmasının səbəbi Peykan kimi monopolistlərdir. Yazdıqlarımıza şübhə edənlər gömrüyün rəsmi statistikasını qaldırıb BRODİ MİT EKSPORT şirkətinin son illər Azərbaycana nə qədər məhsul göndərdiyini öz gözləri ilə görə bilərlər. Məlumat üçün onu da qeyd edək ki, 4 il əvvəl Peykanın Bakıda başqa bir şirkəti fəaliyyət göstərirdi. Şirkətə Teyyubun Elsevər adlı dostu rəhbərlik edirmiş. Qanunsuz əməllərinə görə, Elsevər hüquq-mühafizə orqanları tərəfindən həbs olunub və həmin vaxt Teyyubun da həbsi qaçılmaz olub, ancaq Teyyubu aradan çıxarıblar. Və Teyyub özünə Bakıda “krışa” tapıb. Bu barədə növbəti yazıda. Yuxarıda Teyyubun yaratdığı şəbəkənin MEXANİZM-nə nəzər saldıq.
İndi isə bu şəbəkənin qanunsuz mal-qara daşıma TRAYEKTORİYA-sına qısa nəzər salaq. Ukrayna qanunlarına zidd olaraq Teyyub Hüseynovun şirkətinə rəhbərlik edən Pərviz Əliyev və Yura Ukraynanın müxtəlif bölgələrindən ( Çerniqov, Vinnitsa, Xarkov və s ) diri mal-qaranı toplayır və Lvov şəhərində gömrükdə rəsmləşdirirlər. Məlumata görə, bu qeyri-qanuni rəsmləşdirmə üçün Ukrayna hüquq-mühafizə orqanlarına, Baytarlıq İdarəsinə, Lvov Gömrük İdarəsinə rüşvət verilir. Əslində mal-qara 21 gün karantində qalmalı olduğu halda Pərviz malı köhnə tarixə sənədləşdirir. Sonra məhsul Xarkova, oradan isə Rusiyanın Belqorod şəhərinə göndərilir. Sonra Rostov – Dağıstan marşrutu üzrə diri mal-qara Azərbaycana gətirilir. Və beləliklə Teyyubun dana əməliyyatı başa çatır. Məlumat üçün qeyd edək ki, Teyyub Hüseynovun Ukraynada daha bir şirkəti fəaliyyət göstərir: “Kompaniya MİT Treyd” ( Kompaniya MEAT TRADE). Teyyub Hüseynov 2018-ci ilin may ayınadək Azərbaycanda “MEAT PRODUCTS” şirkətinə də diri mal-qara ixrac edib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:48 |
|
|
|
• Aqiyə Naxçıvanlıya ağır itki
Bu gün, 00:45 |
|
|
|
• İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• Ərzaq məhsulları bahalaşacaq - NƏ BAŞ VERİR?
Bu gün, 00:02 |
|
|
|
• İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Dünən, 19:02 |
|
|
|
• Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Dünən, 19:00 |
|
|
|
• Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Dünən, 18:58 |
|
|
|
• Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Dünən, 18:02 |
|
|
|
• Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Dünən, 17:52 |
|
|
|
• Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Dünən, 17:46 |
|
|
|
• Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Dünən, 17:43 |
|
|
|
• 19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Dünən, 17:24 |
|
|
|
• Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Dünən, 17:20 |
|
|
|
• "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Dünən, 17:19 |
|
|
|
• İranda hərbi təyyarə qəzaya uğrayıb
Dünən, 17:13 |
|
|
|
• İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Dünən, 17:10 |
|
|
|
• Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Dünən, 17:01 |
|
|
|
• "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Dünən, 16:59 |
|
|
|
• Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Dünən, 16:56 |
|
|
|
• "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Dünən, 16:54 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Dünən, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Dünən, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Dünən, 16:41 |
|
|
|
• "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Dünən, 16:39 |
|
|
|
• Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Dünən, 16:35 |
|
|
|
• Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Dünən, 16:34 |
|
|
|
• Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Dünən, 16:31 |
|
|
|
• Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Dünən, 16:20 |
|
|
|
• “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Dünən, 16:19 |
|
|
|
• Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:00 |
|
|
|
• Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Dünən, 15:56 |
|
|
|
• Ermənilər elə davranır ki... - ŞƏRH
Dünən, 15:54 |
|
|
|
• ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Dünən, 15:47 |
|
|
|
• İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Dünən, 15:44 |
|
|
|
• Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Dünən, 15:36 |
|
|
|
• Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Dünən, 15:35 |
|
|
|
• Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Dünən, 15:31 |
|
|
|
• “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Dünən, 15:27 |
|
|
|
• BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Dünən, 15:24 |
|
|
|
• "Məsələni ictimailəşdirmişdim" - VİDEO
Dünən, 15:18 |
|
|
|
• 4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Dünən, 15:15 |
|
|
|
• Ov mövsümü açıq elan edilib
Dünən, 15:12 |
|
|
|
• Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Dünən, 15:09 |
|
|
|
• Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Dünən, 15:04 |
|
|
|
• Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Dünən, 14:37 |
|
|
|
• Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Dünən, 14:33 |
|
|
|
• Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Dünən, 14:02 |
|
|
|
• Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Dünən, 14:00 |
|
|
|
• ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Dünən, 13:58 |
|
|
|
• MDB dövlət başçıları görüşəcəklər
Dünən, 13:09 |
|
|
|
|