Beyləqanda 25 köçkün ailəsinin məskunlaşdığı ərazi kimə satılıb? - "Aptek Elburus"un macəraları...
Tarix: 24-07-2019, 08:45 | Çap et
Beyləqanda Yağ - Pendir Zavodu ərazisində 1992-93 - cü ildən bu günə qədər işğala məruz qalmış Füzuli, Cəbrayıl, Ağdam, Laçın rayonlarından məcburi köçkünlər məskunlaşıblar. Artıq 25 ildən çoxdur ki, həmin ərazidə 25 köçkün ailəsi özləri üçün öz hesablarına şərait yaradıb, dolanışıqlarını orda tapıblar. Haqqında bəhs etdiyimiz Yağ - Pendir Zavodu 1982 - ci ildə inşa olunarkən hələ o vaxtlar Jdanov (indiki Beyləqan) rayonu "Sov.İKP-nin XXI qurultayı adına" kolxozun ərazisində meşə təsərrüfatından 82 sot yer ayrılmaqla ərsəyə gətirilmişdir. Bu fakt, 12.08.1991-ci il tarixində "Azərbaycan SSR Jdanov (indiki Beyləqan) rayonunun mexaniki istifadəsində olan yerquruluşu planı"nda da öz əksini tapmışdır. Əlimizdə olan həmin plandan görünür ki, ümumiyyətlə, həmin ərazi nə ƏMDK-nin balansına, nə də ki, bələdiyyə mülkiyyətinə aid deyil. Düzdür, hazırda zavoddan heç bir əsər - əlamət qalmayıb. Bütün avadanlıqlar, dəmir borular, çənlər müxtəlif dələduz şəxslər tərəfindən talanmaqla satılıb. Bu gün də Beyləqanda daha çox "Aptek Elburus" kimi tanınan şəxs, vaxtilə rayon icra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini işləmiş, rayonda müavinlikdən daha çox "Tenderlər Kralı" kimi ad çıxaran Məhəmməd Qələndərovla birlikdə Yağ - Pendir Zavodunu aldıqlarını dilə gətirərək məcburi köçkünlərə təsir edir, sıxışdırırlar. Güya köçkünlərin 25 il bundan əvvəl məskunlaşıb yaşadıqları ərazi demə zavodun ərazisi imiş. Ancaq Yağ - Pendir Zavodu dövlət müəssisəsi olduğu üçün təbii ki, ƏMDK-nin balansında olmalıdır. Hələ bir müddət əvvəl Elburus Əliyev zavodun ərazisində məskunlaşan bir neçə köçkünün həyətinə daxil olaraq tor çəpərlərini, əl damlarını sökərək onları məcburən çıxarmağa çalışmışdı. Həmin vaxt E. Əliyevin bu qanunsuz hərəkətləri RealMediaaz.space saytı tərəfindən içtimailəşdirildikdən, eləcə də ölkə prezidentinə və hüquq - mühafizə orqanlarına müraciət edildikdən sonra bu şəxs geri çəkilməyə məcbur oldu. Eləcə də köçkünlərin sökdürdüyü hasarlarını yenidən hördürməli oldu. Elburus Əliyev və onun Məhəmməd Qələndərov kimi işbaz həmfikirləri bir müddət dinc dayandıqdan sonra indilərdə yenə də qanunsuz hərəkətlərini davam etdirirlər. Xatırlatmağa dəyər ki, bu cütlük əvvəllər də maklerlik fəaliyyəti həyata keçirərək sovetdənqalma müəssisələrin ərazilərinə əl qoymuş, hissələrə bölərək, üstündə fərdi yaşayış evlərinin inşasına yarayacaq yurd yerləri kimi ayrı-ayrı vətəndaşlara satmışdılar. Yeri gəlmişkən, Elburus Əliyev Yağ - Pendir Zavodunu aldığı barədə söz yaysa da, araşdırmışıq ki, əslində bu, yalandır. Sadəcə olaraq, öz adına təşkilati-hüquqi forması MMC (məhdud məsuliyyətli cəmiyyət) olan bir müəssisə açmış və həmin müəssisənin hüquqi ünvanı kimi məhz keçmiş Yağ-Pendir Zavodunu göstərmişdir. Halbuki, zavod hələ də ƏMDK-nın balansındadır, hətta heç hərraca da çıxarılmayıb. Məlum olduğu kimi, Azərbaycanda Prezident sərəncamına əsasən, qaçqın və məcburi köçkünlər məskunlaşdıqları yerlərdən çıxarıla bilməzlər. Ta ki, özləri evlə təmin olunmayana qədər. Doğrudur, istisna hallarda mülkiyyətçilər, ələlxüsus da fərdi mənzil sahibləri məhkəmələrə müraciət edirlər, lakin məhkəmələr icraatı dayandırırlar. Köçkünlər yaşaya-yaşaya həmin ərazini kiməsə satmağa hansı mülkiyyətçi qol qoysa da, ƏMDK bir dövlət qurumu olaraq buna getməz. İki il öncə Prezident məcburi köçkünlərin yaşadığı sözügedən ərazidə infrastrukturun yaxşılaşdırılması məqsədilə maliyyə vəsaiti ayırmış, ərazinin bələdiyyə mülkiyyətinə verilməsi, köçkünlərin öz vəsaiti hesabına tikilmiş evlərin sənədləşdirilməsi qərar alınmışdır. Əgər Elburus Əliyev, yaxud, həmin zavodu hərracda satın almış kimsə varsa, elə isə qoy köçkünləri ərazidən çıxarmaq üçün məhkəməyə müraciət etsin. Məlumata görə, Xocavənd qəsəbəsində məcburi köçkünlər üçün tikilmiş və ayın sonunadək istifadəyə verilməsi gözlənilən 146 ailəlik yeni binanın inşasının gedişində Elburus Əliyev RİH başçısı Asif Ağayevin qəbuluna gedərək, Yağ - Pendir Zavodunun ərazisində məskunlaşmış 25 köçkün ailəsinin oradan çıxarılmasını və onlara yeni tikilən evdən mənzillər verilməsi üçün köməklik göstərməsini xahiş etmişdir. Başçı isə ona: "Sən bəs kor idin, görmürdün ki, orda köçkünlər yaşayır?.." - deyərək kabinetindən qovmuşdur. Başqa bir məlumata görə Elburus Əliyev söz çıxarıb ki, bu işin baş tutması üçün kiməsə, kimlərəsə 10 min manat xərc çəkib. Əgər həmin şəxs Elburusu qovan icra başçısı deyilsə, iki komitədən birinin, ya da hər ikisinin mənsubudur.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• Ərzaq məhsulları bahalaşacaq - NƏ BAŞ VERİR?
Bu gün, 00:02 |
|
|
|
• İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Dünən, 19:02 |
|
|
|
• Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Dünən, 19:00 |
|
|
|
• Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Dünən, 18:58 |
|
|
|
• Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Dünən, 18:02 |
|
|
|
• Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Dünən, 17:52 |
|
|
|
• Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Dünən, 17:46 |
|
|
|
• Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Dünən, 17:43 |
|
|
|
• 19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Dünən, 17:24 |
|
|
|
• Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Dünən, 17:20 |
|
|
|
• "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Dünən, 17:19 |
|
|
|
• İranda hərbi təyyarə qəzaya uğrayıb
Dünən, 17:13 |
|
|
|
• İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Dünən, 17:10 |
|
|
|
• Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Dünən, 17:01 |
|
|
|
• "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Dünən, 16:59 |
|
|
|
• Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Dünən, 16:56 |
|
|
|
• "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Dünən, 16:54 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Dünən, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Dünən, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Dünən, 16:41 |
|
|
|
• "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Dünən, 16:39 |
|
|
|
• Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Dünən, 16:35 |
|
|
|
• Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Dünən, 16:34 |
|
|
|
• Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Dünən, 16:31 |
|
|
|
• Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Dünən, 16:20 |
|
|
|
• “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Dünən, 16:19 |
|
|
|
• Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:00 |
|
|
|
• Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Dünən, 15:56 |
|
|
|
• Ermənilər elə davranır ki... - ŞƏRH
Dünən, 15:54 |
|
|
|
• ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Dünən, 15:47 |
|
|
|
• İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Dünən, 15:44 |
|
|
|
• Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Dünən, 15:36 |
|
|
|
• Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Dünən, 15:35 |
|
|
|
• Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Dünən, 15:31 |
|
|
|
• “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Dünən, 15:27 |
|
|
|
• BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Dünən, 15:24 |
|
|
|
• "Məsələni ictimailəşdirmişdim" - VİDEO
Dünən, 15:18 |
|
|
|
• 4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Dünən, 15:15 |
|
|
|
• Ov mövsümü açıq elan edilib
Dünən, 15:12 |
|
|
|
• Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Dünən, 15:09 |
|
|
|
• Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Dünən, 15:04 |
|
|
|
• Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Dünən, 14:37 |
|
|
|
• Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Dünən, 14:33 |
|
|
|
• Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Dünən, 14:02 |
|
|
|
• Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Dünən, 14:00 |
|
|
|
• ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Dünən, 13:58 |
|
|
|
• MDB dövlət başçıları görüşəcəklər
Dünən, 13:09 |
|
|
|
• Restoran və şirkət rəhbərləri belə aldadılıb - İnstaqramdakı dələduzluğun TƏFƏRRÜATI
Dünən, 13:07 |
|
|
|
• İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb
Dünən, 13:02 |
|
|
|
|