İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış .....                     Ərzaq məhsulları bahalaşacaq .....                     İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: .....                     Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: .....                     Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... .....                     Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq .....                     Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... .....                     Həbsdə olan sayt rəhbərinə hökm oxunub .....                     Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? .....                     19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? .....                     Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha .....                     "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. .....                     İranda hərbi təyyarə qəzaya uğrayıb .....                     İki düşmən Bakıya görə bir araya gəldi .....                     Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq! .....                     "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar .....                     Rüşvət alan hakimə hökm oxundu .....                     "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" .....                     Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb .....                     İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub .....                     Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? .....                     "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, .....                     Şahin Bağırovun 60 min vergi borcu var .....                     Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi .....                     Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir .....                     Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı .....                     “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” .....                     Yediyimiz niyə zəhər olur? .....                     Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb .....                     Ermənilər elə davranır ki... .....                     ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı .....                     İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir .....                     Tramp ilk müharibəni elan etdi .....                     Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... .....                     Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi .....                     “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” .....                     BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub .....                     "Məsələni ictimailəşdirmişdim" .....                     4 milyona görə 9 il cəza istədi .....                     Ov mövsümü açıq elan edilib .....                 

"Hakim əvvəlcə mənimlə razılaşsa da..." - GİLEY
Tarix: 23-07-2019, 11:00 | Çap et
"Hakim əvvəlcə mənimlə razılaşsa da..."
2014-cü ildə “AtaBank”ın Mingəçevir rayon filialından 15 min manat məbləğində kredit götürmüşdüm. Bundan sonra bir müddət ödəniş edə bilmədim və cərimələrlə birlikdə borcumun 20 600 manat olması ilə bağlı qətnamə çıxarıldı. 26.01.2018-ci il tarixində keçirilən məhkəmə prosesindən sonra həmin ilin yayında “AtaBank”la hər ay 200-300 manat ödəniş edilməsi barədə razılaşdıq. Hər ay da 200, 300, bəzən 400 manat ödəniş etmişəm.

Bu barədə Axar.az-a problemli kreditlərlə bağlı Prezidentin fərmanından yararlanmaq hüququndan məhrum edildiyini iddia edən Elgiz Mirzəyev deyib. Vətəndaş iddia edir ki, 2018-ci ilin yayında “Atabank”la aralarında razılıq əldə edilsə də, 06.05.2019-cu il tarixində yenidən məhkəmə prosesi keçirilib və E.Mirzəyevdən evin boşaldılması tələb edilib:

“Mayın 6-da keçirilən prosesdən sonra qəbul edilən qətnamədə ödəməli olduğum 20 600 manat pul səhvən ABŞ dolları ilə göstərilib (Məhkəmə xətasını əks etdirən foto-skrinlər təqdim edilir – red.). Bununla əlaqədar olaraq Şəki Apellyasiya Məhkəməsinə şikayət ərizəsi vermişəm. Dollarla kredit götürmədiyim halda manatı çevirib dollar kimi qeyd ediblər.

Cəmi 15 min manat kredit götürmüşdüm, onu etdilər 20 600 manat, sonra yenidən məbləğin üzərinə 4900 manat pul əlavə olundu və ümumi məbləğ 25 500 manat müəyyən edildi. Məbləğin artırılmasının səbəbini soruşduqda isə deyirlər ki, 7 faiz məhkəmə icraçılarının puludur, 5 faiz isə hərraca sərf olunub”.

Şikayətçi deyir ki, evin bankın balansına keçməsi ilə bağlı göndərilən məktubla əlaqədar Prezident Adminstrasiyasında da olub və orda da bildiriblər ki. Prezident fərmanı ona da şamil olunur:

“Mən 15 min manat kredit götürmüşəm və bu məbləğ də Prezident fərmanına düşür. İndi də mənə deyirlər ki, evini sat, gətir bankın pulunu ödə. Məbləğ 20 600 manat olduqan sonra banka təxminən 4000 manatdan çox pul ödəmişəm. Ödəniş qəbzləri hələ də qalmaqdadır. Bu ilin mayında keçirilən məhkəmə prosesi zamanı hakimə dedim ki, ayda 200-300 manat ödəniş edilməsi ilə bağlı bankla aramızda razılıq əldə olunub. Sənədləri də təqdim etdim. Hakim əvvəlcə mənimlə razılaşsa da, daha sonra hansısa bilinməyən bir səbəbdən məhkəməyə fasilə verdi. Axşamüstü saat 5-də davam edən prosesdə hakim içəri daxil olan kimi evi boşaltmağımla bağlı qərar verdi.

Mayda keçirilən məhkəmə prosesindən əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasında oldum, sənədlərimə baxış keçirildikdən sonra problemli kreditlərin həlli ilə bağlı qərarın mənim borcuma da şamil olunduğunu dedilər.

Daha sonra “AtaBank”ın Nərimanov rayon filialında Problemli kredit şöbəsində də dedilər ki, Prezident fərmanı mənə də şamil olunmalıdır.

Prezidentin problemli kreditlərin ödənilməsi ilə bağlı fərmanında da məhkəmə icralarının dayandırılması qeyd edilib. Buna baxmayaraq, qeyd olunan məsələlərin heç birinə əməl edilmir.

Ödənişin 20 600 manat ödənş edilməsi ilə bağlı qətnamə ola-ola yenidən məhkəmə prosesi keçirildi və evi boşaltmağımı tələb etdilər. Üstəlik də ödəməli olduğum pulu manat əvəzinə dollar kimi qeyd ediblər. Bütün bu ədalətsizliklərə hakim necə göz yumur, başa düşə bilmirəm.

Xahiş edirəm ki, aidiyyəti qurumlar məsələnin həlli istiqamətində köməklik göstərsinlər”.

Elgiz Mirzəyev 08.08.2019-cu il tarixində Şəki Apellyasiya Məhkəməsində hakim Mahir Əsədlinin sədrliyi ilə keçiriləcək növbəti prosesdə məhkəmənin ədalətli qərar çıxaracağına ümid edir.

“AtaBank”dan Axar.az-ın sorğusuna qəribə cavab verilib. Bildirilib ki, bu barədə onlara rəsmi şikayət daxil olmayıb:

“Sözügedən problem bankla vətəndaş arasında olduğu üçün bu məlumatlar üçüncü şəxsə ötürülə bilməz. Bizə yaranmış problemlə bağlı heç bir şikayət daxil olmayıb. Biz bu müştərini sıravi müştəri kimi tanıyırıq. Əgər o bizə müraciət etsəydi, biz onun müraciətinə baxmasaydıq, həll etməsəydik, sizə şikayət etməsi başa düşülən idi. Birbaşa bizə şikayət ərizəsi ünvanlanmadığı üçün məsələni qaldıra bilmirik. E.Mirzəyev şəxsiyyət vəsiqəsi ilə filialımıza yaxınlaşsın və kredit şöbəsi və ya filial müdiri ilə danışsın. Daha sonra biz məsələni araşdıraq”.

Maraqlıdır ki, Prezident Administrasiyasına qədər müraciətlər edən, üstəlik, Prezidentin problemli kreditlərlə bağlı fərmanından və məhkəmə çəkişmələrinin və icra prosesində olan işlərin dayandırılması, problemli kreditlərin fazilərinin ləğv edilməsi prosesindən sonra bu bank öz müştərisinin evini almaqda israr edir.

Mövzunu davam etdirəcəyik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış - AKTUAL
Bu gün, 00:05
Ərzaq məhsulları bahalaşacaq - NƏ BAŞ VERİR?
Bu gün, 00:02
İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Dünən, 19:02
Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Dünən, 19:00
Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Dünən, 18:58
Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Dünən, 18:02
Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Dünən, 17:52
Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Dünən, 17:46
Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Dünən, 17:43
19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Dünən, 17:24
Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Dünən, 17:20
"Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Dünən, 17:19
İranda hərbi təyyarə qəzaya uğrayıb
Dünən, 17:13
İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Dünən, 17:10
Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Dünən, 17:01
"Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Dünən, 16:59
Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Dünən, 16:56
"Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Dünən, 16:54
Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Dünən, 16:49
İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Dünən, 16:47
Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Dünən, 16:41
"Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Dünən, 16:39
Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Dünən, 16:35
Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Dünən, 16:34
Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Dünən, 16:31
Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Dünən, 16:20
“Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Dünən, 16:19
Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:00
Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Dünən, 15:56
Ermənilər elə davranır ki... - ŞƏRH
Dünən, 15:54
ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Dünən, 15:47
İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Dünən, 15:44
Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Dünən, 15:36
Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Dünən, 15:35
Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Dünən, 15:31
“”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Dünən, 15:27
BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Dünən, 15:24
"Məsələni ictimailəşdirmişdim" - VİDEO
Dünən, 15:18
4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Dünən, 15:15
Ov mövsümü açıq elan edilib
Dünən, 15:12
Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Dünən, 15:09
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Dünən, 15:04
Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Dünən, 14:37
Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Dünən, 14:33
Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Dünən, 14:02
Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Dünən, 14:00
ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Dünən, 13:58
MDB dövlət başçıları görüşəcəklər
Dünən, 13:09
Restoran və şirkət rəhbərləri belə aldadılıb - İnstaqramdakı dələduzluğun TƏFƏRRÜATI
Dünən, 13:07
İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb
Dünən, 13:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru