Cahangir Hacıyevin kosmik talançılığı - kosmonavt qadına 12 milyon peşkəş olunub
Tarix: 7-05-2019, 08:31 | Çap et
Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev və onunla birlikdə mühakimə olunan 21 nəfərin barəsində cinayət işi üzrə proses davam edir. Məhkəmədə üzə çıxan faktlar ölkənin ən böyük və sistem mahiyyətli bankında illərlə talançılığın hansı səviyyədə olmasını göstərir. Cahangir Hacıyevin dost-tanışını məsul vəzifələrə yerləşdirilməsi Beynəlxalq Bankın çöküşünü labüd edən səbəblərdəndir. Kosmosa uçan ilk müsəlman qadına Cahangir Hacıyevin kadrları nə az, nə çox, düz 12 milyon dollar kredit veriblər. Ənuşə Ənsari 12 milyon dolları alıb və Beynəlxalq Bankın varlığını, sadəcə, “unudub”.
Məşhur azərbaycanlı milyarder Telman İsmayılova Hacıyevin dost-tanışı yarısından çoxu dövlətin olan bankından 70 milyon dollar kredit veriblər. Telman İsmayılov krediti ödəyə bilməyib. Amma Anuşə Ənsari kimi “unutqan”lıq da etməyib, özünün şirkətlərinin bir neçəsini Cahangir Hacıyevin nəzarətinə keçirib.
Bütün bunlar Cahangir Hacıyevlə birgə mühakimə olunan sabiq deputat Dünyamin Xəlilov, C.Hacıyevin bacanağı İsmayıl Hidayətzadə, Zaqatala Olimpiya Kompleksinin direktoru, “Simurq” futbol klubunun vitse-prezidenti Arif Ramazanov, şüşə məmulatlarının istehsalı ilə məşğul olan “İnterglass” ASC-nin rəhbəri Fariz Muradov və digərlərinin məhkəməsində Cahangir Hacıyevin yaxın dostu Fuad Abdullayev tərəfindən açıqlanıb. Şahid qismində ifadə verən Fuad Abdullayev deyib ki, 1992-ci ildən Beynəlxalq Bankda işləyib. Bildirib ki, Cahangir Hacıyev Beynəlxalq Bankın rəhbəri olandan sonra 2001-ci ildə onu Moskva filialının rəhbəri təyin edib. Orada bir çox layihə işləri həyata keçirilib. Fuad Abdullayev kosmik talançılığın, Telman İsmayılova kredit verilməsi göstərişinin Cahangir Hacıyevdən gəldiyini deyib.
Sitat: “Telman İsmayılov bankdan 70 milyon dollar kredit götürdü. Odessa şəhərində ticarət şirkətlərinin inşası üçün Beynəlxalq Bankın Moskva filialına müraciət etdi. Layihəni həyata keçirmək üçün ona kredit verildi. Lakin Telman İsmayılovun işlərində problemlər yarandığından kreditləri ödəyə bilmədi. 2013-cü ildən isə ödənişləri dayandırdı. Daha sonra isə Telman İsmayılov dörd şirkətini Cahangir Hacıyevin tanışı olan, Xəqani Bəşirovun nəzarətində olan şirkətlərə keçirdi”.
F.Abdullayev kosmosa turist kimi uçan ilk müsəlman qadın olan Ənuşə Ənsarinin bankdan kredit götürməsi ilə bağlı da maraqlı açıqlama verib.
Sitat: “Ənuşə Ənsari ABŞ-da ”Ağıllı ev" layihəsi üçün bankdan 12 milyon dollar kredit götürmüşdü. Sonradan kreditin faizi ödənilsə də, əsas borc qalmışdı. Mən işdən ayrılandan sonra bu barədə məlumatım yoxdur".
Ənuşə Ənsari 2006-cı ildə kosmos turizmi çərçivəsində kosmosa çıxan ilk müsəlman qadındır. İranın Məşhəd şəhərində anadan olub, sonradan ata-anası ilə birgə Tehranda yaşayıb. 1984-cü ildə isə valideynləri istedadlı övladlarına daha mükəmməl təhsil verə bilmək üçün ABŞ-a köçüblər. Burada informatika və elektronika üzrə təhsil alan Ənuşə Corc Vaşinqton Universitetində magistr dərəcəsi alıb. Sonra ABŞ-ın məşhur rabitə və informasiya kompaniyası olan MCİ-də işləyir. Burada tanış olduğu Həmid Ənsari ilə ailə qurur. 1993-cü ildə Ənuşə, Həmid və onun qardaşı Əmir Telecom “Technologies” kompaniyasını qurublar. Artıq 2006-cı ildə Ənuşənin başında durduğu investisiya firması Rusiyanın federal kosmik agentliyi ilə kommersiya işləri üçün istifadə etmək məqsədilə suborbital kosmik gəmilər donanması yaratmaq barədə saziş bağlayıb. Bundan sonra Ənuşə artıq kosmosa uçuş barədə düşünür.
O, 4-cü turist kosmonavt olacaq yapon biznesmeni Daysuke Enomoto ilə alternativ olur. Və sonda tibbi göstəricilərinə əsasən yapon iş adamına uçmaq qadağan edilir və Ənuşə kosmik heyətin siyahısına salınır. Beləliklə, 18 sentyabr 2006-cı ildə Ənuşə Ənsari bir rus və bir ingilislə birgə Baykonur kosmodromundan kosmosa qalxan ilk turist qadın kimi tarixə düşür. O, 11 günlük kosmik gəzintidən və elmi araşdırmalardan sonra uğurla Yerə dönür. Kompüter şirkətinin kompüter proqramları üzrə mütəxəssisi kimi çalışan Ənuşə uçuşdan yalnız 9 il sonra mətbuata Aya səfərindən açıqlamalar verməyə başlayıb. O bildirib ki, kainatdakı mövqeyimizi görmək məni çox təsir etdi.
Bu, Ənuşə Ənsari haqda ümumdünya torunda olan məlumatlardır. Onun adı 750 milyon dollarlıq biznes layihələrdə keçir. Barəsində xeyli xoş sözlər yazılır. Cahangir Hacıyev və onun dostları Ənuşə Ənsarinin kosmik turist olmasına aldanıb ona 12 milyon dollar veriblər? Bu inandırıcı görünmür. Hacıyevin belə sadəlövh olması məntiqə sığmır. Bəs 12 milyon dolların hansısa bir qadına peşkəş edilməsinin səbəbi nə olub?
Bu sual açıq qalır.
Cahangir Hacıyev və komandasının sadəlövh olmadığını göstərən məqamlar çoxdur. Məsələn, Cahangir Hacıyevin razılığı ilə Qazaxıstanda “Kultuk” neft yatağı alınıb.
Bu epizod üzrə də Fuad Abdullayevin adı şahid qismində keçir. O ifadəsində deyib.
Sitat: “Cahangir Hacıyevi Emin Sadiqlə mən tanış elədim. Neft yatağının alınması ilə bağlı razılıq əldə olundu. Həmin neft yatağı bir neçə şəxsin adına rəsmiləşdirildi. Bankın adına isə - bankın Hətəm Həsənovun adlı əməkdaşının adına 60 faiz rəsmiləşdi. Sonra Qazaxıstanda yeni şirkət yaradıldı, Emin Sadiq, Fuad Hüseynli, yerli vətəndaş olan bir nəfər və Cahangir Hacıyevin adına rəsmiləşmə oldu. Bankı Lüksemburq şirkəti, yəni Xəqani Bəşirov təmsil edirdi. Yatağın alınmasına isə 16 milyon dollar pul verilib. Hazırda Qazaxıstan məhkəməsində bu işlə bağlı məhkəmə çəkişməsi gedir”.
Beynəlxalq Bankın “xortumlanmasında” adı mərkəzi fiqurlardan biri kimi keçən Xəqani Bəşirovla bağlı nədənsə heç bir tədbir görülmür. Bu gün Fransada yaşayan Xəqani Bəşirov Azərbaycan Beynəlxalq Bankının boşaldılması əməliyyatında əsas fiqurantlardan biridir. Onun əsas fəaliyyəti Azərbaycandan pulların xarici offşor zonalara daşınıb yerləşdirilməsindən ibarət olub. C.Hacıyevin benefisiarı hesab edilən, adı hələ bir neçə il əvvəl bankdan yüz milyonlarla dollar kreditin götürülərək mənimsənilməsində keçən, hətta bu iş üzrə bir neçə ay həbsdə saxlanılan Xəqani Bəşirov sonradan müəmmalı şəkildə azad olunub. Onun adı Beynəlxalq Bankdan milyardlarla manatın mənimsənilməsi işində keçsə də, barəsindəki cinayət işinin nə yerdə olması məlum deyil. X.Bəşirov hələ “kredit oliqarxları”nın həbsi başlamazdan xeyli əvvəldən Azərbaycanda deyildi. Bu gün C.Hacıyevlə müttəhimlər kürsüsünü bölüşən Dünyamin Xəlilov X.Bəşirovun ortaqlarından olub. Dünyamin Xəlilov bu gün həbsdədir, Xəqani Bəşirov isə azadlıqda gəzir. Onun adı 14 şirkətdə direktor kimi keçib, şirkətlərinin müştəriləri arasında bir çox nazirliklər, o cümlədən Vergilər Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycanda fəaliyyət göstərən xarici və yerli neft şirkətləri, banklar və nəhayət, həmin Dünyamin Xəlilovun “General Construction” şirkəti yer alırdı. Bəşirovun fəaliyyətinin əsas istiqamətləri Azərbaycandan pulların xaricə daşınıb offşor zonalarda yerləşdirilməsi və daşınmaz əmlaka, digər sahələrə yatırılması olub. X.Bəşirov Bakıda həbsdə saxlanıldığı günlərdə ABŞ-ın “Global Financial İntegrity” Tədqiqat Təşkilatı inkişaf etməkdə olan ölkələrdən 2004-2013-cü illər ərzində xarici offşor zonalara 1.1 trilyon dollar daşındığına dair hesabat yaymışdı. Hesabatda Azərbaycan çıxarılan pulların həcminə görə 148 ölkə arasında 17-ci sırada dayanırdı. Tədqiqatlar göstərmişdi ki, həmin illər ərzində hər il Azərbaycandan qeyri-leqal yollarla orta hesabla 9 milyard dollar çıxarılıb.
Yəni 9 il ərzində ölkədən 81 milyard dollar qaçırılıb. Bu məbləğin tam olaraq Hacıyevin komandasının ayağına “yazılması” doğru olmasa da, onun və dostlarının rolu danılmazdır.
Hazırda Cahangir Hacıyev və onunla birgə məhkəmə qarşısına çıxarılan şəxslərə qarşı CM-in 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 213 (vergidən yayınma) və başqa maddələri ilə ittihamlar irəli sürülüb.
Zərərçəkmiş qismində “Azərbaycan Beynəlxalq Bankı” ASC, Vergilər Nazirliyi və “Aqrokreditbank” tanınıb.
Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib. Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib. Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayətzadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi D.Xəlilovun cəzasını 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayətzadənin cəzasını 5 ilə endirib. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Bu gün, 19:02 |
|
|
|
• Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Bu gün, 19:00 |
|
|
|
• Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Bu gün, 18:58 |
|
|
|
• Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Bu gün, 18:02 |
|
|
|
• Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Bu gün, 17:52 |
|
|
|
• Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Bu gün, 17:46 |
|
|
|
• Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Bu gün, 17:43 |
|
|
|
• 19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Bu gün, 17:24 |
|
|
|
• Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Bu gün, 17:20 |
|
|
|
• "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Bu gün, 17:19 |
|
|
|
• İranda hərbi təyyarə qəzaya uğrayıb
Bu gün, 17:13 |
|
|
|
• İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Bu gün, 17:10 |
|
|
|
• Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Bu gün, 17:01 |
|
|
|
• "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Bu gün, 16:59 |
|
|
|
• Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Bu gün, 16:56 |
|
|
|
• "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Bu gün, 16:54 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Bu gün, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Bu gün, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Bu gün, 16:41 |
|
|
|
• "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Bu gün, 16:39 |
|
|
|
• Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Bu gün, 16:35 |
|
|
|
• Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Bu gün, 16:34 |
|
|
|
• Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Bu gün, 16:31 |
|
|
|
• Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Bu gün, 16:20 |
|
|
|
• “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Bu gün, 16:19 |
|
|
|
• Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:00 |
|
|
|
• Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Bu gün, 15:56 |
|
|
|
• Ermənilər elə davranır ki... - ŞƏRH
Bu gün, 15:54 |
|
|
|
• ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Bu gün, 15:47 |
|
|
|
• İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Bu gün, 15:44 |
|
|
|
• Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Bu gün, 15:36 |
|
|
|
• Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Bu gün, 15:35 |
|
|
|
• Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Bu gün, 15:31 |
|
|
|
• “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Bu gün, 15:27 |
|
|
|
• BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 15:24 |
|
|
|
• "Məsələni ictimailəşdirmişdim" - VİDEO
Bu gün, 15:18 |
|
|
|
• 4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Bu gün, 15:15 |
|
|
|
• Ov mövsümü açıq elan edilib
Bu gün, 15:12 |
|
|
|
• Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Bu gün, 15:09 |
|
|
|
• Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Bu gün, 15:04 |
|
|
|
• Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Bu gün, 14:37 |
|
|
|
• Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Bu gün, 14:33 |
|
|
|
• Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Bu gün, 14:02 |
|
|
|
• Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Bu gün, 14:00 |
|
|
|
• ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Bu gün, 13:58 |
|
|
|
• MDB dövlət başçıları görüşəcəklər
Bu gün, 13:09 |
|
|
|
• Restoran və şirkət rəhbərləri belə aldadılıb - İnstaqramdakı dələduzluğun TƏFƏRRÜATI
Bu gün, 13:07 |
|
|
|
• İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb
Bu gün, 13:02 |
|
|
|
• Qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 13:00 |
|
|
|
• Milyonluq ordu üçün AB-dən tələb – Zelenski açıqladı
Bu gün, 12:54 |
|
|
|
|