“Qan pulu” ilə bağlı iki məhkəmənin fərqli qərarı - şəhid ailəsi nədən narazıdır?
Tarix: 22-04-2019, 08:37 | Çap et
Şəhid ailələrinin “qan pulu” məsələsində məhkəmələrin fərqli qərarlar verməsi narazılıq doğuran məqamlardandır. Şəhid Vüqar Cavanşir oğlu Niftalıyevin bacısı Lətifə Məmmədovanın səlahiyyətli nümayəndəsi Arif Məmmədli deyir ki, prezident İlham Əliyev 19 aprel 2018-ci il tarixdə imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana qısa müddətdən sonra dəyişikliklər edib:
“Bu dəyişikliklərlə ölkə başçısı vaxtilə simvolik məbləğdə müavinət almış şəhid ailələrinə də 11 min manat civarında birdəfəlik ödəmənin verilməsini rəsmi olaraq qərarlaşdırdı. Şəhid ailələrini get-gələ salan, onları incidən məmurların bir bəhanəsini də əllərindən aldı. Təəssüflər olsun ki, cənab prezidentin bu məsələyə həssas və net yanaşmasından sonra da bəzi məmur və hakimlər absurd qərarlar verirlər.
Şəhid Vüqar Niftalıyevin vərəsələrinin birdəfəlik ödəməni almaq hüququ Fərmandakı dəyişiklikdən əvvəl tanınıb. Birdəfəlik ödəməyə hüququ yaranan şəhid vərəsələrinin notariat konturuna təqdim edəcəkləri sənədlərin siyahısı da verilib və sonda belə bir qeyd var: ”Vərəsəliyin müəyyən edilməsi üçün notariat orqanı tərəfindən əlavə sənədlər də tələb oluna bilər. Məsələn: doğum, nikah, ölüm haqqında şəhadətnamələr və s".
A.Məmmədli deyir ki, bu qeyddən məhkəmələrdə şəhid ailələrini get-gələ salmaq üçün sui-istifadə edilir: “Az qala dil açıb ”mən şəhidin atasıyam, anasıyam, qardaşıyam, bacısıyam" deyən sənədləri nəzərə almayıb, onların varis olmadığını sübut etmək üçün “fakt” axtarırlar. Bu, süründürməçilikdir, ötür-ötür oyunudur. Bəzi hakimlər istəyirlər ki, hər kəs fərdi qaydada prezidentə müraciət etsin. Əgər hamı prezidentə müraciət edəcəksə, bəs sizin işinizin adı nədir".
A.Məmmədli deyir ki, Nəsimi Rayon Məhkəməsinin hakimi Solmaz Mustafayeva prezidentin imzaladığı məlum fərmanı sanki heç eşitməyib: “Nümayəndəsi olduğum Lətifə Məmmədova bu il fevralın 8-də doğum akt qeydinin bərpa edilməsi haqda Nəsimi Rayon Məhkəməsinə xüsusi icraat qaydasında ərizə ilə müraciət etdi. Ərizəçinin şəxsiyyət vəsiqəsinin, ölüm haqqında şəhadətnamələrin (ata və anasının, şəhid qardaşının), Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən və yaşayış yerindən verilən arayışların, məcburi köçkün vəsiqəsinin surətləri də məhkəməyə təqdim olundu. Bildirişi gec almağımız səbəbindən işin 25 fevral 2019-cu il tarixdə keçirilən hazırlıq iclasında iştirak edə bilmədik. Martın 27-nə təyin olunmuş məhkəmə prosesində isə iddiaçı ilə bərabər şahid kimi mən də iştirak edirdim. Hakim nikahın bağlanması haqda şəhadətnamənin əslini nəzərdən keçirsə də, iş materiallarına əlavə etmədi. İşin mahiyyəti üzrə onsuz da iddia ərizəsində öz əksini tapan, yəni məlum faktlara dair 2-3 primitiv sualla, ərizəçinin izahatını, şahid ifadəsini nəzərə almadan 5-6 dəqiqə çəkən prosesi yekunlaşdırdı və növbəti məhkəmə iclasının aprelin 19-da keçirilməsi barədə qərar qəbul etdi. 19 apreldə baş tutan məhkəmə iclasında etibarnamə ilə ərizəçini mən təmsil edirdim və əlavə sübutlar gətirmişdim. Eyni zamanda, iddiaçını və onun ailə üzvlərini yaxından tanıyan şahidlər ifadə vermək üçün hakimin dəvətini gözləyirdilər. Şahidləri dinləməyən hakim bizimlə bir kənddən olan 4 nəfərin iştirakı ilə tərtib olunaraq imzalanan və ərazi üzrə icra nümayəndəliyinin möhürü ilə təsdiqlənən aktı da sübut kimi nəzərə almadı. Sübutları təqdim etmək cəhdimə hakim susmaqla cavab verdi və heç bir sübutu iş materiallarına əlavə etmədi. Şahidlərin ifadə verməsi haqqında vəsatətimə də etinasız yanaşdı. Müddəti əvvəlki məhkəmə prosesindən də az, uzağı 3-4 dəqiqə çəkən məhkəmə prosesini tələm-tələsik yekunlaşdırıb məşvərətə getdi və qısa fasilədən sonra qayıdaraq ərizənin təmin edilmədiyini qət etdi və müraciətimizi təmin etmədi. Məncə, hakim, sadəcə, əvvəlcədən hazırladığı qərarı açıqladı. Çünki məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət vermədən əsaslandırılmış ədalətli qərar çıxara bilməzdi. Bu, 2-3 dəqiqə ərzində nəinki hüquqi, heç fiziki baxımdan da mümkün deyildi. Məsələ ondadır ki, şəhidin digər bacısı da ”doğum akt qeydinin bərpa olunması" tələbinə dair Qaradağ Rayon Məhkəməsinə müraciət edib və ərizə 12 mart 2019-cu il tarixdə hakim Günay Həşimovanın sədrliyi ilə keçirilən açıq məhkəmə iclasında təmin olunub. Ortaya məntiqi bir sual çıxır. Necə olur ki, eyni kənddə, eyni ata-ananın ailəsində doğulan iki bacıdan (təvəllüd fərqləri ilə) birinin “doğum akt qeydi” təmin olunur, digərininki yox?! Axı hər 2 hakim eyni qanunlara istinad edir və hər ikisi Azərbaycan Respublikasının adından qətnamə çıxarır. Deməli, insan faktoru qanundan önə keçib. Bütün hallarda hakimlər qanunun aliliyinə əməl etməklə yanaşı, vicdanlarının səsinə də qulaq asmağa borcludurlar. Nəsimi Məhkəməsinin hakiminin ədalətsiz qərar verdiyinə əminəm. Şəhidin “qan pulu” ilə mübahisələnən kiçik bir mülki işdə hakimin “qalib gəlməsi”ni də heç arzulamırdım". “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Bu gün, 17:24 |
|
|
|
• Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Bu gün, 17:20 |
|
|
|
• "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Bu gün, 17:19 |
|
|
|
• İranda hərbi təyyarə qəzaya uğrayıb
Bu gün, 17:13 |
|
|
|
• İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Bu gün, 17:10 |
|
|
|
• Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Bu gün, 17:01 |
|
|
|
• "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Bu gün, 16:59 |
|
|
|
• Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Bu gün, 16:56 |
|
|
|
• "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Bu gün, 16:54 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Bu gün, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Bu gün, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Bu gün, 16:41 |
|
|
|
• "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Bu gün, 16:39 |
|
|
|
• Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Bu gün, 16:35 |
|
|
|
• Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Bu gün, 16:34 |
|
|
|
• Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Bu gün, 16:31 |
|
|
|
• Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Bu gün, 16:20 |
|
|
|
• “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Bu gün, 16:19 |
|
|
|
• Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:00 |
|
|
|
• Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Bu gün, 15:56 |
|
|
|
• Ermənilər elə davranır ki... - ŞƏRH
Bu gün, 15:54 |
|
|
|
• ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Bu gün, 15:47 |
|
|
|
• İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Bu gün, 15:44 |
|
|
|
• Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Bu gün, 15:36 |
|
|
|
• Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Bu gün, 15:35 |
|
|
|
• Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Bu gün, 15:31 |
|
|
|
• “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Bu gün, 15:27 |
|
|
|
• BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 15:24 |
|
|
|
• "Məsələni ictimailəşdirmişdim" - VİDEO
Bu gün, 15:18 |
|
|
|
• 4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Bu gün, 15:15 |
|
|
|
• Ov mövsümü açıq elan edilib
Bu gün, 15:12 |
|
|
|
• Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Bu gün, 15:09 |
|
|
|
• Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Bu gün, 15:04 |
|
|
|
• Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Bu gün, 14:37 |
|
|
|
• Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Bu gün, 14:33 |
|
|
|
• Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Bu gün, 14:02 |
|
|
|
• Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Bu gün, 14:00 |
|
|
|
• ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Bu gün, 13:58 |
|
|
|
• MDB dövlət başçıları görüşəcəklər
Bu gün, 13:09 |
|
|
|
• Restoran və şirkət rəhbərləri belə aldadılıb - İnstaqramdakı dələduzluğun TƏFƏRRÜATI
Bu gün, 13:07 |
|
|
|
• İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb
Bu gün, 13:02 |
|
|
|
• Qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 13:00 |
|
|
|
• Milyonluq ordu üçün AB-dən tələb – Zelenski açıqladı
Bu gün, 12:54 |
|
|
|
• İmişlidə yol qəzası zamanı xuliqanlıq hərəkətlərinə görə saxlanılan 14 nəfər həbs olunub - ADLARI AÇIQLANDI
Bu gün, 12:51 |
|
|
|
• Brayza Trampın Azərbaycanla bağlı planı barədə - “Bu, onun üçün cəlbedici ola bilər”
Bu gün, 12:50 |
|
|
|
• "Saxta etibarnamə ilə prokurora mobil nömrə satmışam" - MƏHKƏMƏ İŞİ
Bu gün, 12:48 |
|
|
|
• Bu şirkətlər vətəndaşları aldadır – DEPUTATDAN XƏBƏRDARLIQ
Bu gün, 12:43 |
|
|
|
• Arabir yağıntılı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:41 |
|
|
|
• Məşhur müğənninin Bakıyla bağlı paylaşımına ermənilərdən reaksiya
Bu gün, 12:35 |
|
|
|
• “MTN işi” dalana dirənib: zərərçəkən intihar həddinə çatdırıldığını deyir - AÇIQLAMA
Bu gün, 12:34 |
|
|
|
|