OLİQARX-MƏMURLAR AZƏRBAYCANI NECƏ TALAYIR?
Tarix: 24-07-2012, 18:25 | Çap et
BU GÜN ONLAR ÖLKƏ İQTİSADİYYATINA TAM NƏZARƏT EDİRLƏR
DİA.AZ: - Azərbaycanda artıq bir çox məmurların həm də ciddi oliqarxlara çevirlməsi haqqında kifayət qədər məlumatlar vermişik. Hətta dünyaya meydan oxuyacaq milyarder məmurlarımızın da olduğunu yazmışdıq. Bu dəfə isə diqqəti daha çox xırda məmurların imkanlarına yönəldəcəyik. Onu da qeyd edək ki, bu arada deputat Musa Quliyev həmin milyarder məmurlarımızla bağlı maraqlı açıqlamalar da verib.
“Azərbaycanda “Xeyriyyəçilik haqqında” qanunun qəbuluna ehtiyac var” deyən Milli Məclisin sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevin sözlərinə görə, sahibkarları xeyriyyəçiliyə cəlb etmək üçün onların fəaliyyəti stimullaşdırlımalıdır: “Azərbaycanda sahibkarlıq inkişaf edir və ölkədə kifayət qədər varlı insanlar var. Bizneslə məşğul olan sahibkarlarımız gəlirlərinin cüzi bir hissəsini xeyriyyəçilik işlərinə sərf edə bilərlər. Belə sahibkarların işləri daim təbliğ olunmalı və onlara müəyyən qədər vergi güzəştləri tətbiq edilməlidir”.
M. Quliyev deyib ki, sahibkarlar hansısa bir uşaq evini götürüb təmin edə, xaricdə oxuyan kasıb tələbələri maliyyələşdirə, ölkədən kənarda müalicəyə ehtiyacı olan xəstələrə yardım göstərə bilərlər: ”Hətta şəhid ailələri, evsiz insanlar üçün evlərin tikintisi layihələrini də gerçəkləşdirmək olar. Azərbaycanda xeyriyyəçiliyin qədim tarixi var və hazırda ölkəmizdə Hacı Zeynalabdin Tağıyevdən də varlı insanlar mövcuddur. Amma onlar heç bir xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmurlar. Azərbaycanda və ölkədən kənarda biznesləri olan insanlar ən yaxşı halda gəlib kəndlərində məscid tikdirir, ya da bir məktəbi təmir etdirilər. Bu işlər barmaqla sayılacaq dərəcədə azdır. Belə insanları Azərbaycanda xeyriyyəçiliyə cəlb etmək lazımdır”.
Millət vəkili onu da qeyd edib ki, Azərbaycanda “Xeyriyyəçilik haqqında” qanun layihəsinin qəbulu üçün Milli Məclisin payız sessiyasında məsələ qaldıracaq.
Doğrudur, Musa Quliyev ancaq pullu sahibkarlara xitab edib. Amma hər kəs gösəl bilir ki, bu gün sahibkarla məmuru ayıran xətt olduqca incədir və hətta bu xətt əksər hallarda görünməz olur. Yəni elə sahibkar dedikdə məmurlarımız anlaşılır. Və bu bir faktdır ki, iri məmurlarımız əllərindəki administrativ rıçaqlar hesabına bu gün oliqarxa çevriliblər.
DİA.AZ-ın apardığı araşdırmalar da təsdiqləyir ki, xırda məmurlarda (əsasən nazirliklərdə şöbə müdiri, baş təlimatçı və s nəzərdə tutulur) kifayət qədər imkanlara malikdir və onların imkanlı biznes sahibinə çevrilmə yolları müxtəlifdir.
Xırda məmurların adi maaşla dolanışıqlarının mümkünsüzlüyü məlumdur və bu da məlumdur ki, hakimiyyət dairələri bunu nəzərə alaraq onlara dolanışıq yeri kimi ayda bir neçə dəfə işlədikləri nazirlikdə hansısa işi həll etmə imkanını yaradıb. Tutalım, bir nəfər Gömrük Komitəsində işləyir. Ona imkan verilir ki, tutalım ayda bir və ya iki maşını gömrükdən adi qiymətlərlə keçirtsin. Görülən bir işin dəyərində 5-10 min manat gəlir götürülürsə, deməli, ay ərzində 10-15 min manat arası əlavə gəlir olur.
Elə xırda məmurlar var ki onların dolanışıq imkanlarının yaxşılaşdırılması üçün yuxarıdan verilən tapşırığa əsasən imkanlı nazirliklər onlara əlavə gəlir mənbələri yaradır. Tutalım, kiməsə maqazin, kafe və s. işlətmək üçün şərait yaradılır. İşindən kənarda yaradılan bu imkanlarda məmurların dolanışıq vəziyyətini yaxşılaşdırır.
Yuxarıda sadaladıqlarımız sadəcə olaraq məmurların tam təmin olunmuş şəraitdə yaşamalarına şərait yaradır. Amma bu mərhələdən sonra ikinci mərhələ gəlir ki, bunun nəticəsində “xırda balıqlar” “iri akulalara” çevrilə bilir və onların sərvəti bəzən 30-40 milyona belə çatır. Bu necə baş verir? Apardığımız araşdırmalar təsdiqləyir ki, xırda və orta məmurların da ciddi biznesləri var və bu biznes imkanlarını oliqarxların vasitəsi ilə əldə edirlər. Bunun üçün uzağa getməyə ehtiyac yoxdur. Sadəcə olaraq tabe olduğun rəhbərliyin etibarını qazan və sonra biznes təklifi ilə müraciət et. Bu artıq ilkin addımlar atmaq üçün yetərlidir. Yəni əksər nazir-oliqarxın biznes işlərini məhz tabeliklərində olan məmurlar həyata keçirirlər.
Fikir verirsinizsə bu günə qədər bir dənə də olsa məmurun adına nə isə tapmaq mümkün deyil. Çünki yaratdıqları şirkətlər, müəssisələr xırda məmurların nəzarətində olur və lazım olanda məsuliyyətidə məhz onlar daşıyır. Amma buna rəğmən bu gün hər kəs yaxşı bilir ki, “Gilan Holdinq” Kəmaləddin Heydərova, “ZQAN Holdinq” Ziya Məmmədova, digər şirkətlər də digər məmuralara məxsusdur.
Uzun müddət dövləti işdə çalışanlardan birinin dedikləri - «5 il bir nazirin ticarət mərkəzlərini çalışdırdım. Hamı elə bilirdi mənimdir. Hətta vergilər belə tökülüb gələndə onlara buranın əsl sahbinin kimliyini deyə bilmirdim. Çünki bütün məsulliyət üzərimdə idi. Amma işdən çıxarılandan sonra bir günün içində hər şey əlimdən alındı. Çünki dəfələrlə olub ki, notarius vasitəsi ilə hansısa obyekt adıma keçirilib və həmin andaca başqa bir ağ kağıza da qol çəkdirilib ki, lazım olan an mənim adımdan bu müəssisə öz razılığımla çıxarılsın».
Bu, həqiqətən də belədir, buna görə vəzifədən kənarlaşdırılan şəxsin mülkünün, sərvətinin əlindən çıxması haqqında xəbərlər dolaşır. Amma sən demə, əslində bu var-dövlət elə yuxarı səviyyəli məmurların imiş. Sadəcə olaraq başqasının adına qeyd olunub. Digər tərəfdən xırda və orta sahibkarların gəlir mənbələrindən biri də rüşvət ruletində iştirak etmələridir.
Çox maraqlı faktlardan biri də rüşvət və korrupsiya olaylarında xırda və orta səviyyəli məmurların iştirakıdır. Və əsas işi görəndə məhz onlar olur. Yəni nəzərdə tutulan məbləğin alınması, cəmləşdirilməsi məhz bu kateqoriyalı məmurların üzərinə düşür. Buna görə də onlar üçün elə bir şərait yaradılır ki, nəzərdə tutulan məbləğdən artıq məbləğin alınması mümkün olsun. Bu isə ona görə edilir ki, qorxu yükü azalsın və xırda-orta məmur təbəqəsi prosesdə aktivlik göstərsinlər. Bu cür məmurların ciddi kapital sahibi olmalarının ən başlıca səbəblərindən biri də budur.
Təbii ki, bu faktları boşundan çəkmədik. Son bir ildə hakimiyyət korrupsiya və rüşvətə qarşı mübarizə adı altında bir kampaniyaya starnt verib. Artıq kifayət qədər qurbanlar da var. Amma cəmiyyət daha tutarlı addımlar, daha iri məmurların cəzalandırılmasını gözləyir. Bunun isə baş verməsi çox çətindir. Yuxarıda da qeyd etdik ki, iri akulalar xırda balıqların qurban verilməsi prosesini çoxdan hazırlayıblar. Ona görə də işdən çıxarılanlar xırdalardır. Daha iriləri isə toxunulmazdır və toxunulmaz olaraq da qalacaq. Səbəbi isə çox sadədir. Azərbaycan bir neçə oliqarx tərəfindən bölüşdürülərək idarə olunur və bu oliqarxların qürubunu arzulayan millət isə onların idarə etdiyi taxta oyuncaqlar qədərində proseslərə təsir imkanına malikdir. Hər halda, görükəni budur...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Daha bir şirkət ölkədən pul çıxarıb - TƏFƏRRÜAT
Bu gün, 09:22 |
|
|
|
• Tramp Putinlə nə vaxt görüşəcək? - Vaşinqtondan açıqlama
Bu gün, 09:19 |
|
|
|
• Erməni səngərindən ağlasığmaz görüntü: bunu da etdilər - VİDEO
Bu gün, 09:14 |
|
|
|
• İlyas İsmayılovdan ağsaqqal məsləhəti... - "Lax yumurtalarla uğraşma!"
Bu gün, 09:12 |
|
|
|
• Rusiyadan bu torpaqları geri almaq mümkün deyil - ABŞ
Bu gün, 09:08 |
|
|
|
• “Rabitəbank”ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək - TOPLANTI
Bu gün, 09:02 |
|
|
|
• Dəniz üzü görməyənlər niyə dəniz əmsalı ilə MAAŞ ALIR Kİ? - ETİRAZ VAR...
Bu gün, 08:57 |
|
|
|
• Bu halda işçilərin əmək hüquqları pozulur... - Ekspert danışır...
Bu gün, 08:38 |
|
|
|
• Müstəqillik tariximizin 20 Yanvar faciəsi - MƏQALƏ
Bu gün, 08:34 |
|
|
|
• Xalqımızın qan yaddaşı: 20 Yanvar... - İsrafil Kərimovun yazısı
Bu gün, 08:32 |
|
|
|
• Naxçıvanda kredit-mredit OYUNU - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:30 |
|
|
|
• Ali Məhkəmənin Plenumundakı təlimatların məqsədi nədir? - BUNDAN SONRA...
Bu gün, 07:18 |
|
|
|
• Bu gün Köhnə Yeni ildir: - hansı ölkələr qeyd edir?
Bu gün, 07:08 |
|
|
|
• “Onlar özlərini dövlət kimi yox, quldur dəstəsi kimi aparırlar” - keçmiş nazir
Bu gün, 07:04 |
|
|
|
• Bu həftə onun da 'ulduzu sönəcək'... - İDDİA
Bu gün, 07:01 |
|
|
|
• Naxçıvanda mühüm posta TƏYİNAT GÖZLƏNİLİR...
Bu gün, 06:51 |
|
|
|
• Putin üçün həyəcan siqnalı... - səmimi xristianların qəzəbi püskürə bilər
Bu gün, 06:40 |
|
|
|
• "İstəyənin bir, verməyənin iki üzü qara... - Onsuz da verəcəm..."
Bu gün, 06:30 |
|
|
|
• Ermənistandakı silahlar kimə tuşlanacaq? - AKTUAL
Bu gün, 06:26 |
|
|
|
• İrəvan hərəkətə keçdi, Babayan qəzəbləndi - “Müharibə vaxtı NATO…”
Bu gün, 06:24 |
|
|
|
• Bakıda piyadanı maşınla vuran Nail Abdullayev vəzifəli şəxs imiş - TƏFƏRRÜAT
Bu gün, 06:21 |
|
|
|
• Yeni virusa yoluxanların 43 faizi ölür? - Professordan dünyanın gözlədiyi açıqlama
Bu gün, 00:25 |
|
|
|
• “Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• "Mən sənətdə olanda sən yox idin" - Efirdə mübahisə
Bu gün, 00:16 |
|
|
|
• İsrail Azərbaycana yeni səfir təyin edib - İsrail mediası
Bu gün, 00:10 |
|
|
|
• "Müğənnilərə yolda zəng edirdim ki, "Vağzalı"nı verin..."
Dünən, 20:14 |
|
|
|
• Sanki göydən atəş yağır, çamadanlarımızı yığıb... - Los Ancelesdə yaşayan azərbaycanlı yazıçı
Dünən, 20:13 |
|
|
|
• Qalmaqallı iş adamı yenidən GÜNDƏM OLDU - Yarım milyonluq DƏLƏDUZLUQ
Dünən, 20:08 |
|
|
|
• Bu proseslər Zəngəzur dəhlizinin açılmasını sürətləndirəcək - NƏ BAŞ VERİR?
Dünən, 13:27 |
|
|
|
• "Əvvəllər toya kəllə qənd aparardılar... - Amma indi 5 mərtəbəli plastmas tort gətirirlər..."
Dünən, 13:25 |
|
|
|
• Burun əməliyyatından sonra komaya düşən Nəzrin VƏFAT ETDİ
Dünən, 13:23 |
|
|
|
• Vurulan AZAL təyyarəsində Rusiyanın gizlədə bilmədiyi o anlar - sağ qalan sərnişin ilk dəfə açıqladı
Dünən, 13:21 |
|
|
|
• ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı - 2000-ci ildə ABŞ-a köçüb...
Dünən, 11:40 |
|
|
|
• "Ailədə əsl kişi varsa, o yuva dağılmayacaq"
Dünən, 11:34 |
|
|
|
• Azərbaycan pomidor ixracından 175,4 milyon dollar qazanıb - Ən çox Rusiyaya satırıq
Dünən, 10:35 |
|
|
|
• Öcalanın çağırışından sonra PKK təslim olmasa... - ŞƏRH
Dünən, 10:30 |
|
|
|
• Samir Şərifov bir kadr kimi .. - ARAŞDIRMA
Dünən, 10:12 |
|
|
|
• "Çay susevən məhsuldur, su isə çox bahadır..." - NAZIRIN NƏZƏRİNƏ...
Dünən, 10:08 |
|
|
|
• Rusiyada KİV ilk dəfə terror təşkilatı kimi tanınıb
Dünən, 10:03 |
|
|
|
• "Suriya artıq İran üçün dəhliz olmayacaq" - Colanidən İrana DAHA BİR ZƏRBƏ
Dünən, 09:49 |
|
|
|
• Muxtar Babayevin məqsədi nədir? - Verilən və verilməyən suallar...
Dünən, 09:45 |
|
|
|
• Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - SƏBƏBİNİ ÖZÜ AÇIQLADI
Dünən, 09:38 |
|
|
|
• "Azərbaycan burada nisbətən kiçik ölkə olsa da..." - deputat
Dünən, 09:34 |
|
|
|
• Ağstafada 'ALƏMİ BİR-BİRİNƏ QATAN' müavin haqda ilginc iddialar... - SƏN DEMƏ...
Dünən, 09:30 |
|
|
|
• Əməkdar artist sevginin rengini tapıb - VİDEO
Dünən, 09:25 |
|
|
|
• İran çətin durumda: o, Bakıya qurban verilir? – Elə şeylər yazıldı ki…
Dünən, 09:21 |
|
|
|
• Paşinyan “güzəştini” elan etdi: Bakı razı olmayacaq - Görünəni odur ki...
Dünən, 09:18 |
|
|
|
• İsveçrə Putin-Tramp görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib
Dünən, 09:14 |
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Dünən, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Dünən, 03:12 |
|
|
|
|