Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > “İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…”
Əsas Səhifə > Güney Press > “İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…”

“İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…”


Dünən, 11:02
“İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…”
İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun 2025-ci il mayın 9-da İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə günü münasibətilə təşkil olunan tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan Georgi lenti ilə çıxış etməsi nə deməkdir? Görəsən, həmin şəxs bu, demək olar ki, xəyanətkar davranışı şəxsi təşəbbüsü ilə edib, yoxsa onun bu addımı Rusiya xüsusi xidmət orqanlarının təhriki ilə etməsi ehtimalı var?..

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında AzVP sədri Akif Nağı bu fikirləri ifadə edib:

“Sözsüz ki, İmişlidəki olay Azərbaycan cəmiyyətini çalxaladı, narahat etdi. Bəli, bu mövzuda ciddi düşünən hər kəsdə təbii sual yaranır: bu, təsadüfdürmü, yoxsa sadəcə həmin şəxsin, yaxud şəxslərin öz təşəbbüsüdür? Sifariş, əlbəttə, var. Və sözsüz ki, Georgi lentinin paylanması Rusiya şovinizminin bir simvoludur, əlamətidir. Xatırlayıram ki, 7-8 il bundan öncə də, Bakıda da həmin simvol bir ara geniş şəkildə paylanmağa başlandı. Sanki ciddi bir şey olmamış kimi... Lakin tezliklə Azərbaycan cəmiyyəti duyuq düşdü və buna ciddi etirazlar oldu, nəticədə rəsmi səviyyədə addımlar atıldı, hətta həbs edilənlər də oldu. Yəni onda da, indi də təbii ki, İmişlidəki bu “SSRİ” və Georgi lenti kampaniyasının arxasında Rusiya dayanıb. Və ola bilər ki, Bakıda da, bəzi rayonlarda da kəşfiyyat aparıblar, ancaq heç kəs onların sifarişini yerinə yetirmək istəməyib, nəhayət, İmişlidəki bu şəxs qarmağa keçib. Həmin adamın açıqlamalarından da bəlli oldu ki, o özünü SSRİ-yə bağlı hesab edir, yəqin ki, yaxınlarından II Dünya savaşında da iştirak edib və SSRİ-nin o müharibədə iştirakına və ümumiyyətlə, Rusiya bolşevizminə xüsusi bir rəğbəti var. Bunlarla da özünə bəraət qazandırmağa çalışır. Halbuki yaxasına Georgi lentini vurması və keçmiş SSRİ bayrağını qaldırması çox böyük bir qəbahət idi. Və səhvini düzəltmək əvəzinə, daha bir qələt edərək sual etdi ki, bəs niyə Türkiyə bayrağı Azərbaycanın hər yerində var, amma SSRİ bayrağını qaldırmaq olmaz. Həmin şəxs anlamır, yaxud anlamaq istəmir ki, Türkiyə bayrağıyla hər hansı digər bir ölkənin, xüsusilə Azərbaycanı 70 il işğal altında saxlamış Sovet-rus imperiyasının bayrağını eyniləşdirmək çox böyük nadanlıq və cahillikdir. Ona görə də hesab edirəm ki, məsələ ilə bağlı ciddi araşdırma aparılmalı, bunun köklərinin haradan gəlməsi, başqa bölgə və ya şəhərlərimizdə də belə cəhdlərin mümkün olub-olmaması müəyyən edilməlidir. “Rus evi” ilə bağlı məsələdə Rusiya xüsusi xidmət orqanlarının izləri araşdırıldığı kimi, bu məsələdə də ciddi axtarışlar aparılmalıdır. Çünki həmin orqanların müxtəlif bölgələrimizdə, yaşayış məntəqələrində özlərinin lazımi məqamlarda üzə çıxarmaları üçün konservləşdirilmiş agentura hücrələrini saxlamaları da mümkündür. Odur ki, ciddi araşdırmalar sayəsində belə şəbəkələr tam şəkildə zərərsizləşdirilməlidir…”

Geri qayıt