Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > “Bizdə porno çəkilmir, öpüşə bilmirlər,
“Bizdə porno çəkilmir, öpüşə bilmirlər,Dünən, 18:00 |
![]() “Baxmayaraq ki, tolerant ölkəyik, amma öz milli mentalitetimiz var. Mənə elə gəlir ki, film və seriallarımızda açıq-saçıq səhnələr olmasa daha yaxşı olar. Şükürlər olsun ki, açıq-aşkar hələ nəsə təbliğ olunmur. Avropada və digər ölkələrdə porno filmləri çəkən böyük şirkətlər var. Orada aktrisalar çəkilmir. Sırf bu videolarda görünən şəxslər bu işlə məşğul olan adamlardır. Şükürlər olsun ki, Azərbaycanda porno filmlər çəkilmir. Bəlkə də gizlidə nələrsə çəkilir, bunu deyə bilmərəm. Amma aşkarda hələ ki, yoxdur”. Bunu Moderator.az-a açıqlamasında aktrisa Nəzakət Məmmədova deyib. O daha sonra filmlərdəki 18+ səhnələrdən danışıb: “Filmlərimizdə, seriallarımızda əməlli-başlı yataq, öpüşmə səhnələri var. Öpüşmə səhnələri o qədər ət tökəndir ki.. Çox vulqar görünür. Baxırsan xarici filmlərə, türklərin çəkdiyi seriallara.. Görürsən ki, orada hər şey normaldır. Bizim sənətçilər öpüşəndə o qədər ifrata çatdırırlar, o qədər əcaib səslər çıxarırlar ki.. Çox oyrənc görünür. Belə olmaqdansa heç olmasın. Çünki bizimkilər bunu bacarmır. Heç bacarmasınlar da. Heç istəmərəm ki, Azərbaycanda belə səhnələr çəkilsin. Abır-həya yaxşı şeydir. İncəsənət o demək deyil ki, səhnədə soyunasan, özünü açıb çöldə qoyasan. Bu incəsənət deyil, əxlaqsızlıqdır. İncəsənət mədəniyyət deməkdir, istedadını göstərmək deməkdir. Çıxıb efirdə qışqırmaqla, şou göstərməklə incəsənət olmur” deyə aktrisa bildirib. Geri qayıt |