Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır
PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdırDünən, 17:41 |
![]() 2025-ci il mayın 12-də PKK-nın açıqlaması regionda uzun illər boyu davam edən münaqişəyə yeni bir dönüş nöqtəsi gətirib. Təşkilat, fəaliyyətini dayandırdığını və strukturunu ləğv etdiyini elan edərək, silahlı mübarizəyə son verdiyini bildirib. Açıqlamada, "mübarizənin digər yollarla davam etdirilməsi məqsədəuyğun olmadığı" ifadəsi yer alıb. Bu, PKK tarixində nadir hallarda verilən bir bəyanat olsa da, keçmişdə atəşkəs və danışıqların da oxşar niyyətlərlə irəli sürüldüyü, lakin nəticəsiz qaldığı göz önündə saxlanılmalıdır. Bəzi siyasi analitiklər və ekspertlər, PKK-nın bu addımını yalnız siyasi oyun və taktika kimi qiymətləndirərək, arxasında başqa məqsədlərin durduğunu irəli sürürlər. Siyasi şərhçi Fuad Şahbazov Sherg.az-a deyib ki, PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır: "Bu cür terror təşkilatının buraxılması uzun hesablı gedişin bir parçasıdır. Yəni 2014-cü ildə ilk dəfə Türkiyənin siyasi rəhbərliyi tərəfindən bu proses qaldırıldı. Doğrudur, o zaman müəyyən fikir ayrılıqlarına görə nəticələr uğursuz oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti seçkilərə qədər öz əlini gücləndirmək istəyi və hakim partiyanın ölkədaxili auditoriyadan əhalinin böyük hissəsinin xüsusilə də etnik kürtlərin dəstəyini almaq üçün bu təşəbbüsü yenidən irəli sürdü. Nəticədə bu mövzuda konkret addımlar atıldı. Bu gün həm Abdullah Öcalan, həm də PKK-nın digər rəhbərləri tərəfindən yekun mövqe ortaya qoyuldu. Bütün bunlarla yanaşı, regional siyasi dəyişikliklərə baxmaq lazımdır. Məsələn, Suriyada etnik kürdlər yeni ordu sıralarına qatılmağa razılıq verdilər. Üstəlik, İraq hökuməti keçən il PKK-nı terror təşkilatı kimi tanıdı". Şərhçi vurğulayıb ki, ümumiyyətlə artıq regionda silahlı qarşıdurma üçün səbəb yoxdur: "İnsanlar artıq mənəvi, psixoloji və fiziki olaraq mübarizədən yorulublar. Silahlı münaqişəni davam etdirmək PKK-nın özü üçün də ideoloji mənada çətinləşib". Geri qayıt |