Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > "İrəvan teatrı niyə unudulub?"
Əsas Səhifə > Güney Press > "İrəvan teatrı niyə unudulub?"

"İrəvan teatrı niyə unudulub?"


Bu gün, 12:31
"İrəvan teatrı niyə unudulub?"
“Bu ay bir dəstə incəsənət adamları təltif olunublar. Olsun. Xeyirli, uğurlu olsun! Madam bu, incəsənətə, mədəniyyətə verilən dəyərdirsə, bəs İrəvan teatrı niyə unudulub?“

Moderator.az xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında yazıçı İlhamə Nasir qeyd edib.

O, paylaşımında İrəvan Teatrının diqqətdən kənar qalması ilə bağlı gileylənib:

“Mədəniyyət Nazirliyinin, Teatr Xadimləri İttifaqının, Qərbi Azərbaycan İcmasının yadına düşmədimi may ayı İrəvan teatrının bərpasının ildönümüdür? Bu qədərmi gərəksiz oldu? Üzərində böyük tarix daşıyan İrəvan Teatrından söhbət gedir. Təsəvvür edirsiniz, Ermənistanda tarixboyu mərhələli şəkildə aparılan deportasiyalara sinə gərib ey o teatr. Ən çətin yollardan keçib. Buradan-ora, oradan-bura köçürülə-köçürülə nəhayət 1967-ci ildə İrəvanda bərpa edilib. Və həmin ildən teatra aktyor, rejissor Vidadi Əliyev rəhbərlik edib. Yəni teatrın bütün ağırlığını, çətinliyini Elmira İsmayılova ilə birlikdə çiyinlərində daşıyıb. Bərpadan sonra ilk səhnəyə də onlar çıxıb. Hətta qaçqınlıqdan sonra da Bakıda teatrın ilk səhnəsinə özləri çıxıb. Teatrda hərəsi 150 rolla iz qoyub. Ömürlərinin 60 ilini teatra həsr edən bu aktyor cütlüyün həm də bu il 80 illikləridir. Amma adları o siyahıda yox idi. Əslində, aydın məsələdir niyə yoxdur. Onlar kimin qohumudurlar ki, kimin tanışıdırlar ki?! Həm də onlar şit-şit atılıb düşənlərdən deyillər axı!

Yaxşı, bir vaxtlar Qərbi azərbaycanlı olduğunu danıb, indi icmanın ön cərgələrinə özlərini pərçimləyən sözükeçərlərin yadına düşərdi barı. Onlar indi fəaldırlar axı, Qərbi azərbaycanlıların təəssübünü çəkirlər. Bəs nə əcəb unudublar?
Adamı yandıran bilirsiniz nədir? Yad yerdə türk olub düşmən gözü tökəsən və gəlib Bakıda yadlaşasan. Ağır dərddir”.

Geri qayıt