Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Rüşvətə görə işdən qovulan məktəb direktoru həm də seçki komissiyasının sədri imiş...
Rüşvətə görə işdən qovulan məktəb direktoru həm də seçki komissiyasının sədri imiş...Bu gün, 09:39 |
![]() Xəbər verdiyimiz kimi, Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibli işdən çıxarılıb. Direktor yayılan səsyazısında "Son zəng"ə görə pul yığmağı tapşırır. Rəsmi açıqlamada deyilir ki, direktor fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib. "DİA-AZ" modern.az-a istinadən bildirir ki, işdən çıxarılan direktor daha bir vəzifə daşıyırmış. O, məntəqə seçki komissiyasının sədridir. Belə ki, Yaqut Müseyibli 20 saylı Nərimanov II seçki dairəsinin 21 saylı məntəqəsinə rəhbərlik edirmiş. Onun sözügedən vəzifədən də azad ediləcəyi gözlənilir. Geri qayıt |