Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Binədə şəhid bulağı dağıdılıb
Əsas Səhifə > Güney Press > Binədə şəhid bulağı dağıdılıb

Binədə şəhid bulağı dağıdılıb


Dünən, 13:08
Binədə şəhid bulağı dağıdılıb
Sosial şəbəkələrdə şəhid Elmaz Hacıyevə məxsus bulağın dağıdıldığı ilə bağlı iddialar yayılıb.

İddialara görə, Binə qəsəbəsində yerləşən şəhid bulağı sökülməyə başlayıb.

Modern.az məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində Şəhid Elmaz Hacıyevin adına artıq mövcud olan bulaq-abidə kompleksinə baxmayaraq, şəhidin anası Səxavət Hacıyeva və qardaşı tərəfindən həmin kompleksin bilavasitə yaxınlığında yeni bulaq-abidə kompleksinin inşası işləri həyata keçirilir:

“Qeyd olunan tikinti ilə bağlı müvafiq qurumlara müraciət olunması üçün şəhid ailəsinə Rayon İcra Hakimiyyəti tərəfindən tövsiyələr verilsə də, göstərilən tapşırıqlara əməl olunmadan tikinti işləri davam etdirilmişdir. Eyni zamanda, bulaq tikintisinin aparıldığı ərazinin ona məxsus olduğunu iddia edən vətəndaş Arzuman Şalı oğlu Əliyev tərəfindən müvafiq torpaq sahəsində aparılan tikinti işlərinin dayandırılması barədə Rayon İcra Hakimiyyətinə rəsmi ərizə ilə müraciət olunmuşdur. Tikinti prosesi zamanı tərəflər arasında narazılıq yaranmış, ilkin ehtimallara əsasən, ərazidə qeydə alınan söküntü işləri torpaq mülkiyyəti iddiası irəli sürən vətəndaş tərəfindən həyata keçirilmişdir”.

Qeyd edilib ki, şəhid bulağının qarşı tərəfində, şəhid ailəsi tərəfindən müvafiq razılıq və icazələr olmadan qanunsuz inşa edilərək hazırda fəaliyyət göstərən qeyri-yaşayış təyinatlı obyekt mövcuddur.

Binədə şəhid bulağı dağıdılıb
Binədə şəhid bulağı dağıdılıb

Geri qayıt