Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər
Əsas Səhifə > Güney Press > Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər

Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər


Dünən, 11:38
Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər
Qaradağ rayonu, Ələt qəsəbəsində 15 yaşlı qıza restoranda toy edilib. Bu cinayətin üstü toy məclisindən sonra açılıb.

Musavat.com xəbər verir ki, hadisə ötən ilin oktyabr ayında baş verib. 27 yaşlı şəxslə 15 yaşlı qızın toy məclisi “Qobustan” şadlıq sarayında baş tutub.

Qızın 15 yaşı belə tamam olmadığı halda toy məclisinin keçirilməsinə hər iki ailə üzvləri razılıq veriblər. Toy məclisindən sonra polis əməkdaşları araşdırma aparıb. 15 yaşı tamam olmayan qızla qeyri-rəsmi olaraq ailə həyatı quran şəxs məsuliyyətə cəlb edilib.

Cinayət işi açılandan sonra qız ata evinə qayıdıb. O, ailə həyatı qurduğu şəxsin cəzalandırılmaması üçün bu addımı atdığını deyib. Bildirib ki, 18 yaşı tamam olana qədər ailəsinin yanında qalacaq.

Məhkəmədə dindirilən tərəflər bir-birilərindən şikayətçi olmayıblar. Məsuliyyətə cəlb edilən şəxs əməlindən peşman olduğunu deyib.

Ailələrin ifadəsindən məlum olub ki, evlilik rəsmi olmasa da tərəflərin razılığı var və indi də bir-birlərindən şikayətçi deyillər.

Məhkəmə təqsirləndirilən şəxsdən şikayətin olmamasını, ilk dəfədir cinayət əməli törətməsini nəzərə alaraq ona şərti cəza verib.

Burada digər diqqət çəkən məqam isə restoranın azyaşlının evləndirilməsinə necə göz yummasıdır. Restoran əməkdaşları bu barədə polisə məlumat verməyiblər.

Cinayətin üstü isə qızın toydan sonra həkimə getməsi ilə açılıb. Həkim onun cinsi münasibətdə olduğu bildikdən sonra polisə məlumat verib.
Geri qayıt