Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq
Əsas Səhifə > Güney Press > Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq

Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq


Dünən, 11:27
Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq
Çin Hindistan ilə Pakistanı münaqişənin sülh yolu ilə nizamlanmasına qayıtmağa və vəziyyətin gərginləşməsinə yol verməməyə çağırıb.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi (XİN) nümayəndəsinin bəyanatında qeyd olunub.

O bildirib ki, Pekin bu məsələdə konstruktiv rol oynamağa hazırdır:

"Biz həm Hindistanı, həm də Pakistanı sülh və sabitliyi ön plana çıxarmağa, sakitliyi və təmkini qorumağa, gərginliyin daha da artmasına səbəb olacaq addımlardan çəkinməyə təkidlə çağırırıq".

Çin tərəfinin fikrincə, "bu, Hindistan və Pakistanın əsas maraqlarına cavab verir, regional sülh və sabitliyə töhfə verir, həmçinin beynəlxalq ictimaiyyətin ümumi gözləntisidir".

Hindistan və Pakistan arasında münasibətlər aprel ayının sonunda gərginləşib. Mayın 10-na keçən gecə Hindistan Pakistanın aviabazalarına bir neçə raket zərbəsi endirib.

Pakistan Silahlı Qüvvələrinin nümayəndəsi hücumu regionda sabitliyi pozan son dərəcə təhlükəli hadisə adlandırıb. Cavab olaraq Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib.

Geri qayıt