Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > İşçilərin şəxsi həyatının toxunulmazlığı...
Əsas Səhifə > Güney Press > İşçilərin şəxsi həyatının toxunulmazlığı...

İşçilərin şəxsi həyatının toxunulmazlığı...


Bu gün, 08:26
İşçilərin şəxsi həyatının toxunulmazlığı...
İşçilərin - İşəgötürən tərəfindən onların -işlə əlaqəli olmayan şəxsi həyatın toxunulmazlığı hüquqlarının pozulması ilə əlaqədar da - Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına şikayətlər daxil olur. Bununla bağlı aşağıdakı fikirlərimi bildirmək istəyirəm:
1. Əlbəttə İşəgötürənin-istehsalatla bağlı öz tabeliyində olan işçilərdən məlumat aımaq, məlumat toplamaq, bu məlumatları analiz etmək, istehsalat sirrini qorumaq və bunu öz tabeçiliyində olan işçilərdən tələb etmək, bu tələbləri yerinə yetirməyən işçiləri müvafiq məsuliyyətə cəlb etmək hüququ vardır.
2. Lakin, hər bir İşəgötürən bilməlidir ki, hər bir işçinin işlə əlaqədar olmayan şəxsi və ailə həyatı vardır və heç kimin, o cümlədən də İşəgötürənin, onun tabeliyində olan vəzifəli şəxslərin işçilərin -şəxsi həyatına müdaxiləsi qanunla qadağan olunur, məsuliyyət yaradır. Buna misal olaraq işçilərin: telefon və sosial şəbəkələrdə olan danışıq, çıxışlarını izləmək, yazışmalarını izləmək, məlumatlar toplamaq, çəkilişlər etmək və sair məlumatlar daxildir.
3. İşəgötürənin-İşçinin şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video, digər foto çəkilişi materiallarının, səs və s. yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması qadağandır. İşçilərin bu hüquqları həm də Azərbaycan Respublikası vətəndaşları kimi - Azərbaycan Respublikasının Konstitusiyası ilə də qorunur
4. İşəgötürən - İşçinin şəxsiyyəti və ya onun əmək fəaliyyəti barədə məlumatları başqa işəgötürənə,müvafiq hakimiyyət orqanlarına, habelə digər yerlərə yalnız onların yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə)sorğusu və işçinin RAZILIĞI ilə göndərə bilər.İşçi haqqında tərtib edilmiş xasiyyətnamənin, zəmanətin, İŞÇİNİN ŞƏXSİ sənədlərinin, onların surətlərinin və digər sənədlərin məzmunu ilə onu tanış etmədən işəgötürən tərəfindən başqa yerə göndərilməsi yolverilməzdir.
5. AR Əmək Məcəlləsinin 310-cu maddəsinə əsasən: İstər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa fiziki şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada: maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
6.AR Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən də: şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması — min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
7. Eyni əməllər: vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə: üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
8. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən də: Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ var Qanunla nəzərdə tutulan haldan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır
9. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - (dia-az.fun)

Geri qayıt