Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək
Əsas Səhifə > Güney Press > Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək

Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək


9-05-2025, 15:32
Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC “AQS Group” MMC (VÖEN - 2002652131) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Müqavilənin şərtinə görə, “AQS Group” MMC “Xarıbülbül” VIII Beynəlxalq Folklor Festivalının təşkili ilə əlaqədar xidmətləri həyata keçirəcək və bunun qarşılığında 1 milyon 900 min manat alacaq.
Məlumat üçün bildirək ki, “AQS Group” MMC 30 may 2013-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Səbail rayonu, Qüllə, ev 16-da yerləşir. Şirkətin qanuni təmsilçisi Rəhimzadə Pərvin Məzahir oğludur.

Geri qayıt