Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı
Əsas Səhifə > Güney Press > Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı

Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı


Dünən, 13:03
Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı
Azərbaycanın 1-ci Dövlət Katibi, mərhum akademik Tofiq İsmayılovun oğlu Mir Heydər İsmayılovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"DİA-AZ" Teleqraf-a istinadla xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq.

Qeyd edək ki, Mir Heydər İsmayılov iki nəfərə torpaq alqı-satqısında kömək edəcəyi barədə yalan vəd verməkdə, onların 810 min manatını ələ keçirməkdə ittiham edilir.

Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq -xüsusilə külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.

Tofiq İsmayılov 1991-ci ilin oktyabrında Azərbaycan Respublikasının ilk Dövlət Katibi vəzifəsinə təyin edilib. Həmin il noyabrın 20-də Qarabağın Qarakənd kəndi üzərində hərbi vertolyotun vurulması nəticəsində faciəli surətdə həlak olub.
Geri qayıt