Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > “Əliyev parada ona görə getmədi ki...”
Əsas Səhifə > Güney Press > “Əliyev parada ona görə getmədi ki...”

“Əliyev parada ona görə getmədi ki...”


Dünən, 12:58
“Əliyev parada ona görə getmədi ki...”
Rusiya Dumasının ən şovinist və ermənipərəst deputatlarından olan Konstantin Zatulin Ermənistan mətbuatına açıqlamasında Azərbaycan Prezidentinin Moskvadakı 9 may paradına getməməsinə münasibət bildirib.

“AzPolitika”
xəbər verir ki, növbəti dəfə Azərbaycana qarşı nifrətini gizlədə bilməyən Zatulin hələ 2010-cu ildən Azərbaycana gedə bilmədiyini və bunun Azərbaycan tərəfindən ona qoyulan qadağa ilə bağlı olduğunu deyib.

O həmçinin, bir neçə gün əvvəl Rusiyaya buraxılmayan Azərbaycan parlamentinin üzvü Azər Badamova qarşı bu addımın guya onun Rusiya xalqını və Duma üzvünü təhqir etdiyi üçün atıldığını iddia edib. Hansı ki, Badamov yalnız deputat Valuyevin xalqımızı təhqir etməsinə cavab verib… Zatulin İlham Əliyevin Moskvaya nədən getmədiyi barədə tam məlumata malik olmadığını desə də, bunu sadəcə, Azərbaycanın “Rusiyanın Cənubi Qafqazda ən yaxşı dostu olmaması” ilə izah edib: "Sadəcə, arzu olunanı reallıq kimi göstərmək lazım deyil. Azərbaycan Cənubi Qafqazda Rusiyanın müttəfiqi deyil. Azərbaycan Türkiyənin müttəfiqidir, özü də təkcə Cənubi Qafqazda yox… Azərbaycanın Qafqazda Rusiyanın ən yaxşı dostu olduğunu bizə deməyə ehtiyac yoxdur. Azərbaycan Türkiyənin Qafqazdakı ən yaxşı dostudur. Bax bu, daha dəqiq olar. Qalan şeylərisə Rusiya - Azərbaycan münasibətlərində ola da bilər, olmaya da bilər".

Zatulin açıq deyib ki, Qarabağ məsələsinin Azərbaycanın xeyrinə həll olunması Rusiyanın maraqlarına uyğun deyil. Belə ki, bundan sonra Azərbaycanın Rusiyadan asılılığı xeyli azalıb.

Sonda Nikol Paşinyanı da təhqir etməkdən özünü saxlaya bilməyən Zatulin iddia edib ki, “Paşinyan Ermənistanın müstəqillik tarixində ona ən çox zərər vuran başçıdır”.

Geri qayıt