Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Fransa tarixə tüpürdü:
Əsas Səhifə > Güney Press > Fransa tarixə tüpürdü:

Fransa tarixə tüpürdü:


Dünən, 19:00
Fransa tarixə tüpürdü:
Fransa İkinci Dünya müharibəsində Almaniya üzərində qələbənin 80-ci ildönümü münasibətilə təşkil etdiyi genişmiqyaslı tədbirlərə Azərbaycan səfiri Leyla Abdullayevanı dəvət etmədi. Göründüyü kimi, Makron komandası hər cəhətdən ucuz siyasi hərəkətlərə əl atmaqda davam edir. Paris hökumətində heç bir mənəvi dəyər və etik normaların olmadığını nümayiş etdirir. Halbuki, Azərbaycanın Almaniya üzərində qələbəyə verdiyi töhfə haqqında çox danışmaq olar. Ən əsası isə Fransız Müqavimət Hərəkatında Azərbaycan vətəndaşlarının iştirakı faktı danılmazdır. Makron hökuməti isə bütün bunları gözardı edib.

Siyasi şərhçi Elçin Alıoğlu Sherg.az-a deyib ki, Fransa hakimiyyəti rəsmi şəkildə bəyan edir ki, azərbaycanlılar bu müharibədə qələbə qazananlar arasında deyil. Çünki bu gün Fransanın siyasi dəbi - İrəvanla qucaqlaşmaqdır. Ekspert vurğulayıb ki, bu artıq sadəcə hörmətsizlik deyil, tarixə tüpürməkdir:

"Bu, xatirələrin tapdanması, qurbanların, döyüşçülərin, partizanların, qəhrəmanların adına atılmış ləkədir. Üstəlik, azərbaycanlıların təkcə öz ölkəsini deyil, Fransanı da faşistlərdən qoruduğu bir vaxtda. 600 min azərbaycanlı müharibəyə gedib, onların yarısı - 300 mini - geri qayıtmayıb. Hər on nəfərdən biri vətən uğrunda şəhid olub. Azərbaycanın nefti cəbhəni işlək saxlayıb. Azərbaycanın dəmir yolları lendliz yüklərini daşıyıb. Və ən əsası - Fransanın azadlığı uğrunda döyüşən azərbaycanlılar var idi. Bütün Fransa Əhmədiyyə Cəbrayılov adını yadda saxlamalıdır. Onu “Kardo”, “Mişel Armet”, “Matye Mişel”, “Küraj Mişel” kimi tanıyırdılar. O, Fransa Müqavimət Hərəkatının döyüşçüsü idi. Fransa dövlətinin ən ali ordeni - Fəxri Legion ordeni ilə təltif olunmuşdu. Amma görünür, Fransada onun adı artıq “siyasi korrektliyə” uyğun gəlmir. Əhmədiyyə Cəbrayılov tək deyildi. Partizan dəstələrində yüzlərlə azərbaycanlı vardı. Onlar Lionu, Dijonnu, Rodezi, Nimi, Alesi və digər şəhərləri azad etdilər. Onların sırasında Mirzaxan Məmmədov, İdris Qaşımov, Məmməd Məmmədov, Xasay Quliyev, Abbas Hüseynov, Allahverdi Vəliyev və başqaları var idi. Onların hamısı Fransanın azadlığı uğrunda öz canını qoymuşdu. Amma bu gün onların adı Parisdə keçmir. Çünki indi "Ermənistan sevgisi" daha vacibdir. Bəs Parisdə nəyi qeyd edirlər? Fransa İkinci Dünya müharibəsində nə vaxt və necə vuruşub? Müharibə başlayandan 43 gün sonra ölkə təslim olub. Paris döyüşsüz təslim edilib. Əfsanəvi Majino xətti bir anda dağılıb, ordu darmadağın olub. Fransa Polşadan da tez süqut edib. Halbuki Polşa iki cəbhədə vuruşurdu və onun nə bu qədər ordusu vardı, nə də sənayesi. Fransız hökuməti isə Almaniya ilə əməkdaşlığa keçdi, Vişi rejimi yaradıldı. Fransanın öz polisi yəhudiləri nasistlərə təhvil verdi, sürgünə apardı, qətllərdə iştirak etdi. 1942-ci ildə "D-İver" velodromu əməliyyatı fransızların əsrlər boyu silə bilməyəcəkləri ləkədir. Çünki uşaqları güllənməyə alman gestaposu yox, fransız polisi aparırdı. Fransa donanması isə elə fransızlar tərəfindən batırıldı. Bu, xəyanət idi. İşğal olunmuş Parisdə isə restoranlar işləyirdi, moda evləri qapanmamışdı, fransız qadınlar nasist zabitlərlə eşq yaşayırdı. Fransa Müqavimət Hərəkatı yalnız 1944-cü ildən etibarən, yəni qələbənin artıq görünməyə başladığı vaxt aktivləşdi. Əsas yükü isə SSRİ, ABŞ və Böyük Britaniya daşıyırdı. Fransa sadəcə status qazandı, amma şərəf yox. İndi həmin Fransa Azərbaycan səfirini qələbə mərasiminə buraxmır. O Azərbaycanı ki, fransız torpağında öz oğullarını itirib. O Azərbaycanı ki, Fransa xalqını, Fransanın şərəfini qoruyub. Azərbaycan Parisdə yaddan çıxarılır, çünki Ermənistanın xoşuna gəlməyəcək. Bu artıq siyasi qərar yox, mənəviyyatsızlıqdır. Fransa qələbəni deyil, qələbənin saxta versiyasını qeyd edir".

Geri qayıt