Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Azərbaycan BOKT-ları I rübdə 32 milyon manata yaxın zərər edib
Əsas Səhifə > Güney Press > Azərbaycan BOKT-ları I rübdə 32 milyon manata yaxın zərər edib

Azərbaycan BOKT-ları I rübdə 32 milyon manata yaxın zərər edib


28-04-2025, 11:04
Azərbaycan BOKT-ları I rübdə 32 milyon manata yaxın zərər edib
Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin I rübünü 31,6 milyon manat xalis zərərlə başa vurub. Halbuki, BOKT-lar ötən ilin eyni dövründən 32,9 milyon manat xalis mənfəətlə çıxmışdı.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, yanvar-mart aylarında BOKT-ların gəlirləri 121,5 milyon manat (illik müqayisədə 54,2 % çox), xərcləri 58,1 milyon manat (57,5 % çox), xüsusi ehtiyatlara ayırmaları 93,4 milyon manat (49,2 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1,7 milyon manat (4,2 dəfə az) təşkil edib.

Bu il aprelin 1-nə BOKT-ların aktivləri 938,9 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 14 % çoxdur. Bunun 652,1 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 11,4 % böyüyüb.

Hesabat dövründə BOKT-ların öhdəlikləri 12 % artaraq 517,1 milyon manata, balans kapitalı isə 16,7 % artaraq 421,8 milyon manata çatıb.

Geri qayıt