Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı QƏRAR VERİLDİ
Əsas Səhifə > Güney Press > İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı QƏRAR VERİLDİ

İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı QƏRAR VERİLDİ


21-03-2025, 11:41
İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı QƏRAR VERİLDİ
İstanbulda bəzi metro və dəmir yolu sistemlərinin idarəetməsi İstanbul Böyükşəhər Bələdiyyəsindən alınaraq Nəqliyyat və İnfrastruktur Nazirliyinə verilib.

Musavat.com "Haber Global"a istinadən xəbər verir ki, Rəsmi Qəzetdə dərc olunan Prezident qərarı ilə Kazım Karabekir-Topağacı-Ümraniye İdman Kəndi Dəmir Yolu Sistemi Xəttinin tikintisi və idarəetmə məsuliyyəti İstanbul Böyükşəhər Bələdiyyəsindən alınaraq Nəqliyyat və İnfrastruktur Nazirliyinə təhvil verilib.

Bu qərar, 25 oktyabr 2010-cu il tarixli və 2010/1115 saylı Nazirlər Kabineti qərarına əsaslanaraq əlaqəli qanunvericilikdə edilən yeniləmələrlə həyata keçirilib.

Buna əsasən, adıçəkilən metro xətti şəhər daxili dəmir yolu nəqliyyatı sistemləri çərçivəsinə daxil edilərək nazirlik tərəfindən həyata keçiriləcək layihələr siyahısına əlavə olunub.

QƏRARIN DETALLARI

Qərara əsasən, Kazım Karabekir-Topağacı-Ümraniye İdman Kəndi Dəmir Yolu Sistemi Xətti layihəsi Nazirlik tərəfindən həyata keçiriləcək.

Bu dəyişiklik, müvafiq fərmanının 3-cü maddəsinin (a) bəndinin (7) alt bəndi olaraq yeniləndi.

Qərar, 20 mart 2025-ci ildən etibarən qüvvəyə minəcək.
Geri qayıt