Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Karantin müddəti niyə uzadıldı?
Karantin müddəti niyə uzadıldı?20-03-2025, 17:22 |
![]() Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenə uzadılıb. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Beləliklə, karantin rejiminin müddəti hələ iyulun 1-dək davam edəcək. Karantin müddətinin uzadılmasının səbəbi maraqlıdır. Çünki artıq pandemiya çoxdan ləğv edilib. Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Musayev bildirib ki, karantin müddətinin uzadılmasının əsas səbəbi təhlükəsizliklə bağlıdır: “Bu məsələnin üzərinə mən də getmişəm. Karantin müddətinin uzadılması təhlükəsizlik məsələsi ilə bağlıdır. Ermənilərlə bizim məsələlərimiz həll olunmayıb. Digər tərəfdən, İran məsələsi, ölkəyə kənardan giriş var. Əsas məsələ ölkəmizin təhlükəsizliyidir”. Geri qayıt |