Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > 10 ildən artıq evli olanlar daha çox boşanır:
Əsas Səhifə > Güney Press > 10 ildən artıq evli olanlar daha çox boşanır:

10 ildən artıq evli olanlar daha çox boşanır:


Dünən, 17:49
10 ildən artıq evli olanlar daha çox boşanır:
Boşanmaların sayının çoxluğu cəmiyyəti narahat edir. Buna əmin olmaq üçün sosial platformalarda yazılan rəyləri oxumaq kifayətdir. İnsanlar buna görə televiziya verilişlərini, sosial mediada özünü adekvat aparmayan populyar istifadəçiləri çox qınayır. Qadınlara, bir sıra hallarda hətta kişilərə yönələn ittihamlar da az deyil. Hesab edirlər ki, tələblər artıb, tərəflər dözümsüz yanaşır. Bir sözlə, çox səbəb göstərilir, reallıq isə nikahların sayının kəskin azalmasını, boşanmaların faiz payının isə yüksəldiyini ortaya qoyur.

Bizimyol.info xəbər verir ki, 10 ildən artıq evli olanlar daha çox boşanır. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər bunu deyir. Son bir ildə boşananların 36 faizindən çoxunun evlilik müddəti 10-19 il imiş (7735 boşanma). İlk 5 ilini başa vurmadan ayrılmaq qərarı verən cütlüklərin sayı 5814-dür. Təxminən bu qədər də 5 ildən çox birlikdə yaşayaraq 10 illik həddi aşmayan cütlüklərdir.

“Dözüb oturmaq erası bitdi” – rəylərdən birində məhz belə yazılıb. Xəbərə münasibət bildirən şəxs hesab edir ki, insanlar ayılıb, həyatın dəyərini başa düşür: “Hamı anlayır ki, həyata bir dəfə gəlirsən, bədbəxt hiss etdiyin yerdə ailə belə olsa, oturmaq lazım deyil”.

Belə rəy çoxdur. Boşanmaların sayının çoxluğu həm də qadınların hüquqlarını anlaması ilə əlaqələndirilir.

Xeyli sosial media istifadəçisi hesab edir ki, boşanma evliliyin daha erkən dövründə baş tutmalıdır. Fatimə Qasımlı yazır: “10-19 il evli qalanlar uşaqlarının ömrünü dava-dalaşla çürüdəndən, travma yaşadandan sonra qərara gəliblər ki, ayrılsınlar”.

Sosial-iqtisadi amilləri qabardanlar da az deyil. Biz də düşünürük ki, bu məsələ boşanmalarda az rol oynamır. İnsanların sosial həyatında sabitlik yoxdur. Heç kim təkcə keyfiyyətsiz qidalanma ilə həyatda qalmağa razı deyil. Elə nikahların azlığı da buna görədir. İnsanlar onları nə gözlədiyini yaxşı bilir, üzərinə çəkə bilməyəcəyi yükü götürmək istəmir.

Geri qayıt