Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > İlin əvvəlindən ölkə ərazisində qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb
Əsas Səhifə > Güney Press > İlin əvvəlindən ölkə ərazisində qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb

İlin əvvəlindən ölkə ərazisində qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb


Dünən, 17:05
İlin əvvəlindən ölkə ərazisində qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb
Bu ilin yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının Bakı şəhərində həyata keçirdikləri tədbirlər nəticəsində Azərbaycanda olma, yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçıran və qeydiyyat qaydalarına əməl etməyən 59 əcnəbi ölkə vətəndaşı saxlanılıb. Bu barədə "DİA-AZ"a DİN-dən xəbər verilib.

Həmçinin, ötən il keçirilən COP29 tədbirləri çərçivəsində Bakı şəhərinə gələn, amma ölkə ərazisindən çıxışları qeydə alınmayan müxtəlif xarici ölkələrin 13 vətəndaşının da yeri müəyyən edilərək barələrində qanunauyğun tədbir görülüb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati xəta protokolu tərtib olunub və aidiyyəti üzrə təhvil veriliblər.

Qeyd edək ki, saxlanılanlar arasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə barəsində axtarışı elan edilən əcnəbi vətəndaş da olub.


Geri qayıt