Əsas Səhifə > Güney Press > İrəvandan sülh açıqlaması:

İrəvandan sülh açıqlaması:


Bu gün, 11:54
İrəvandan sülh açıqlaması:
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə müzakirələr davam edir. Artıq bu çərçivədə 15 bənd razılaşdırılıb, mən bunu böyük, çox böyük nailiyyət hesab edirəm.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Onun sözlərinə görə, ilk dəfə sülh müqaviləsi ilə bağlı danışıqlar başlayanda yalnız beynəlxalq səviyyədə qəbul edilmiş 5 prinsip müzakirə olunub.

Eskalasiya riskinə toxunan Simonyan qeyd edib:

“Hər şeyi etməliyik ki, belə bir fürsət və səbəb yaranmasın. Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur və öz öhdəliklərinə və razılaşmalarına sadiqdir və problemli məsələlərin həlli istiqamətində ardıcıl olaraq fəaliyyətini davam etdirəcək.

Ekskalasiya riski var, amma eskalasiya üçün heç bir səbəb və ya fürsət yoxdur”.

Erməni spiker əlavə edib ki, hadisələr çox sürətlə inkişaf edir: “Yaxın günlərdə çox maraqlı hadisələr, xəbərlər və dəyişikliklər də ola bilər”.

Geri qayıt