Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > “Direktorun otağında görüş keçirmək etik sayılmaz”
Əsas Səhifə > Güney Press, Partiya > “Direktorun otağında görüş keçirmək etik sayılmaz”

“Direktorun otağında görüş keçirmək etik sayılmaz”


Dünən, 10:22
“Direktorun otağında görüş keçirmək etik sayılmaz”
Sosial şəbəkədə gənc deputatlardan birinin orta məktəb direktorunun otağında görüş keçirməsi haqda paylaşım edilib. Bildirilib ki, o, məktəb rəhbərliyinin masasında əyləşib seçicilərini qəbul edib.

Paylaşım şəbəkə izləyiciləri tərəfindən ciddi müzakirəyə səbəb olub. Hər kəs deputatı əməlinə görə tənqid edib və bildirib ki, nə zamandan bəri məktəb rəhbərinin kabineti deputatla seçici üçün görüş otağı olub?! Bir qism isə “yəqin ona görüş üçün otaq ayrılmayıb, ona görə bu addımı atıb” deyə məsələyə reaksiya verib.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Elnarə Akimova bildirib ki, rayon icra hakimiyyətlərinin başçıları adətən deputatlara seçiçilərlə görüş yeri üçün məkan ayırır: “Mən bilmirəm burda konkret hansı deputatdan söhbət gedir. Görüş yeri üçün çətinlik çəkən kim olub. Amma onu bilirəm ki, məsələn, Yeni Azərbaycan Partiyasından seçilən deputatlar görüşlərini YAP-ın ərazi təşkilatlarında keçirirlər. Orda hər deputata otaq ayrılır. Bu, birmənalı şəkildə YAP-ın bütün rayon təşkilatlarına şamil edilir. Məsələn, mən Sumqayıtdan seçilən deputatam. Oranın 6 deputatı var. 4 millət vəkili Sumqayıt YAP təşkilatında yerləşmişik. Digər iki deputat da bilirəm ki, icra başçıları onları yerləşdirib. Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov bitərəf deputat, həmkarım Səbinə Salmanovaya Beynəlxalq Muğam Mərkəzində rahat yer ayırıb ki, seçiciləri ilə görüşə bilsin. Digərləri isə hansı ərazinin deputatıdırsa, oranın icra başçıları da həmin ərazidən seçilən millət vəkillərinə müvafiq dairə, ərazi ayırmalıdır, yəqin ki də, ayırıb. Düşünmürəm ki, hansısa ərazidə deputata qarşı etinasızlıq ola bilər”.

Görüşün məktəbdə keçirilməsinə isə millət vəkili belə münasibət bildirdi:

“Bəlkə o deputat həmin məktəbə baxış üçün gedib. Biz də belə görüşlərə gedirik. Məsələn, Zeynalabdin qəsəbəsi mənim seçildiyim ərazidədir. Ona görə görüşün birini ora təyin edirəm, digərini Xəzər massivinə. Bu o demək deyil ki, seçicilərin problemlərini dinləmək üçün ora gedirəm. Ola bilər, ona da həmin məktəblə bağlı müraciət olunub və seçicilərini orda görüb. Yəni bu məsələ dəqiqləşdirilmədiyi üçün fikir bildirmək doğru deyil. Amma yox, deyilənlərin əksidirsə, məktəbdə, xüsusilə də direktorun otağında görüş keçirilməsi doğru deyil. Hər halda deputatın özünün bir dairəsi, bir hücrəsi olmalıdır ki, gələn seçiciləri rahat şəkildə qəbul eləsin. Məktəb direktorunun otağı onun özünə aid olan bir otaqdır. Bunu düzgün saymıram. Direktorun otağında görüş keçirmək, məncə, etik sayılmaz”.

Geri qayıt