Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > “Qoca qitə” çarə axtarışında:
Əsas Səhifə > Güney Press > “Qoca qitə” çarə axtarışında:

“Qoca qitə” çarə axtarışında:


Dünən, 13:58
“Qoca qitə” çarə axtarışında:
Almaniyanın yeni kansleri Fridrix Merts ARD televiziyasına müsahibəsində NATO-nun iyunda keçiriləcək sammitinə qədər Alyansın hazırkı formada qalacağına şübhə ilə yanaşdığını və Avropanın alternativ müdafiə bloku yarada biləcəyini bildirib: “Maraqlıdır, biz iyun ayında NATO-dan indiki formada danışacağıq, yoxsa müstəqil Avropa müdafiə strukturunu çox daha sürətli yaratmalı olacağıq?”.

O, belə bir şey söyləmək məcburiyyətində olacağını heç düşünmədiyini də əlavə edib. Lakin ABŞ Prezidenti Donald Trampın və ona yaxın şəxslərin bəyanatlarından sonra “Amerika administrasiyasının Avropanın taleyi ilə çox az maraqlandığı məlum oldu”.

Merts deyib ki, Avropa Trampın NATO-nun qarşılıqlı müdafiə öhdəliyinə tam əməl etməyəcəyi ehtimalı ilə barışmalıdır: “Avropalıları qitəni təkbaşına müdafiə edə bilmək üçün hər cür səy göstərməyə çağırıram”.

Keçən həftə ABŞ-ın müdafiə naziri Pit Heqset deyib ki, “sərt strateji reallıqlar” ABŞ-ın Avropanın təhlükəsizliyini prioritetləşdirməsinə mane olacaq.

Merts Rusiyaya qarşı yumşaqlı göstərən kansler Olaf Şolzdan daha sərt mövqe nümayiş etdirib və onun hakimiyyəti altında Ukraynanın hələ də dəfələrlə tələb etdiyi, lakin həmişə rədd edilmiş alman “Taurus” uzun mənzilli raketlərini ala biləcəyinə işarə verib.

Avropa İttifaqında (Aİ) çoxlarının Tramp və komandasının son bəyanatlarından ruh düşkünlüyü yarandığı bir vaxtda NATO-ya bənzər Ümumavropa ordusunun yaradılması mövzusu nə dərəcədə aktualdır? Avropanın təhlükəsizliyinə mümkün təhdidlərə qarşı vahid effektiv ordu yaratmaq üçün lazımi potensialı varmı?

Mövzunu AYNA.AZ-a tanınmış əcnəbi ekspertlər şərh ediblər.

Almaniyalı politoloq, “WeltTrends” Beynəlxalq Siyasət İnstitutunun professoru Aleksandr Rar:

“Avropanın liberal elitasında heyvani qorxu var - Amerika çətirini itirmək qorxusu, Amerika maliyyəsini itirmək qorxusu, Avropa daxilində mümkün parçalanma qorxusu. Merts Avropa ordusu yaratmaq üçün Şimali NATO ölkələrindən ibarət blok yaratmağa çalışacaq. ABŞ təcridliyə gedəcək. Britaniya, Almaniya və Fransa daha güclü olan və ABŞ, Rusiya və Çindən ibarət olan başqa bir birliyə qarşı birlik yaratmağa çalışacaq.

Avropanın problemi pul çatışmazlığıdır. Bütün Avropa ölkələrinin iqtisadiyyatı tənəzzüldədir, sosial büdcədən silah pulu almağa başlasalar, Avropa xalqları tətil edəcək. Merts çətin günlərlə üzləşir: ya köhnə dünyanın olduğu kimi qalacağı illüziyasına güvənməli, ya da əhəmiyyətli dərəcədə dəyişməli olacaq”.

Ukraynalı hərbi ekspert, tarixçi Mixail Jiroxov:

“Aydın məsələdir ki, Amerika vitse-prezidentinin Münhendəki bəyanatlarından sonra Avropa ABŞ-ın imkanlarını nəzərə almayan yeni müdafiə konturunun formalaşdırılması haqqında düşünməlidir. Avropa son 50 ildə Amerika çətiri altında olub, indi bu çətirin yox olduğu reallığı ilə üz-üzə qalıb və artıq NATO-dan kənar yeni strukturların formalaşacağı göz qabağındadır. NATO faktiki olaraq ölüb, yeganə sual bu yeni müdafiə strukturlarının formalaşmasına kimin rəhbərlik edəcəyidir.

Bu, bir növ Baltik-Qara dəniz ittifaqı olacaq? Məsələn, yerli (Baltikyanı ölkələr, Skandinaviya, Rumıniya, Ukrayna), yoxsa bir növ qlobal layihə olacaq?

Ancaq bu, çoxlu suallar doğurur. Bu prosesin başında kim olacaq? Fransa ilə Almaniya arasında yeni qarşıdurma yaranır. Burada Fransanın yeni müdafiə ittifaqına rəhbərlik etmək şansı daha yüksəkdir, çünki onun nüvə silahı var, Almaniyanın nüvə silahı yoxdur. Amma aydındır ki, yaxın aylarda, yaxın illərdə biz yeni müdafiə strukturlarının formalaşdığını görəcəyik və onların Rusiyanın təcavüzündən qorunmağa yönələcəyi aydındır.

ABŞ-ın bunda rolu nə olacaq? ABŞ qoşunlarını Avropadan çıxaracaqmı? Sual hələlik açıq qalır. Lakin Trampın yeni administrasiyasının uzaqgörənliyini nəzərə alsaq, ABŞ-ın hələ də Avropanı tərk edəcəyini söyləmək olar. Və bu, ümid edirəm ki, yeni güc mərkəzinin yaradılmasını stimullaşdırır və o, başqa şeylərlə yanaşı, Ukraynaya və onun Avropa müttəfiqləri üçün əlçatmaz olan təcrübəyə və hətta yetərli saya malik silahlı qüvvələrinə arxalanacaq”.


Geri qayıt