Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Zelenski ölkəsinin ABŞ ilə münasibətlərdəki gərginliyi aradan qaldıra biləcəyinə əmindir
Əsas Səhifə > Güney Press > Zelenski ölkəsinin ABŞ ilə münasibətlərdəki gərginliyi aradan qaldıra biləcəyinə əmindir

Zelenski ölkəsinin ABŞ ilə münasibətlərdəki gərginliyi aradan qaldıra biləcəyinə əmindir


Dünən, 07:03
Zelenski ölkəsinin ABŞ ilə münasibətlərdəki gərginliyi aradan qaldıra biləcəyinə əmindir
Ukrayna Prezidenti Volodimir Zelenski Ağ evdə onunla bağlı çəkişmənin nəticələri aradan qaldırılacağına və Kiyev ilə Vaşinqtonun konstruktiv münasibətlərə qayıdacağına əmindir.

“Report” xəbər verir ki, bunu dövlət başçısı Böyük Britaniyanı tərk etməzdən əvvəl Stansted hava limanında britaniyalı jurnalistlərə deyib.

“Mən əminəm ki, hazırkı vəziyyət aradan qaldırılacaq”, – deyə Zelenskinin sözlərini “Sky News” sitat gətirib.

O əmin edib ki, əgər gələcək danışıqlar konstruktiv olarsa, o zaman “müsbət nəticələr” gələcək.

Zelenski həmçinin bildirib ki, Ukrayna ABŞ-dən hərbi yardım almağa davam edir.

“Biz ABŞ ilə işləyirik, əvvəllər ABŞ Konqresinin təsdiq etdiyi yardım silah şəklində gəlir”, – Zelenski vurğulayıb. “Biz yeni dəstəyə ümid etmək istəyirik”, – o əlavə edib.
Geri qayıt