Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > "Nazirlik hər il büdcədən milyonlarla manat vəsait ayırsa da,
"Nazirlik hər il büdcədən milyonlarla manat vəsait ayırsa da,Dünən, 16:56 |
![]() “Təəssüf ki, məktəblərdə şagirdlərin intizam problemi və müəllimlərə qarşı hörmətsizlik halları son illərdə artmaqdadır. Müəllimin telefonunun sındırılması kimi hadisələr təkcə konkret bir məktəbdə baş verən insident deyil, bütövlükdə təhsil sisteminin zəifləyən nizam-intizam mexanizmlərinin və tərbiyə sistemindəki boşluqların nəticəsidir”. "DİA-AZ" xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib. Ekspert bildirib ki, keçmişdə məktəblərdə təlim-tərbiyə işinə xüsusi diqqət yetirilirdi və şagirdlər belə davranışlara cəsarət edə bilməzdilər: “O dövrdə məktəbdə müəllimə qarşı edilən hər hansı hörmətsizlik həm şagirdin özünə, həm də valideynlərinə qarşı ciddi tədbirlərlə nəticələnirdi. Hazırda isə məktəblərdə intizam tədbirləri və müəllim nüfuzu ilə bağlı ciddi boşluqlar var. Məsələnin bir neçə əsas səbəbi var. Birincisi, məktəblərdə intizam qaydalarının zəifləməsi və şagirdlərə qarşı tətbiq olunan cəza tədbirlərinin praktiki olaraq yox səviyyəsinə düşməsidir. Müəllimlər artıq şagirdlərə qarşı hər hansı intizam tədbiri görəndə, dərhal valideynlər tərəfindən hədə-qorxu ilə üzləşirlər. Müəllimin irad bildirməsi belə valideynlərin etirazı ilə qarşılanır və nəticədə şagirdlər məktəbdə sərhədsiz davranış nümayiş etdirirlər. Buna səbəb məktəb rəhbərliklərinin passivliyi və nazirliyin sistematik tədbirlər görməməsidir: “Nazirlik tərəfindən bullinq və intizamsızlıq halları ilə bağlı müxtəlif layihələr, maarifləndirmə kampaniyaları həyata keçirilsə də, bunlar real nəticə vermir. Müəllimlərə və məktəb rəhbərlərinə verilən səlahiyyətlər zəiflədilib, məktəb daxilində ciddi intizam tədbirləri görmək çətinləşib. Nazirlik hər il büdcədən milyonlarla manat vəsait ayırır, amma bu vəsaitin təhsil sistemində real dəyişikliyə səbəb olduğu görünmür”. Ekspert qeyd edib ki, məsələsinin digər tərəfi isə valideynlərin məsuliyyətsizliyidir: “Uşaq tərbiyəsi məktəbdə deyil, evdə formalaşır. Valideynlər övladlarını sərbəst buraxır, onların davranışlarına nəzarət etmirlər və nəticədə bu cür aqressiv halların qarşısı alınmır. Əvvəllər məktəb və ailə birgə çalışırdı, müəllim və valideyn arasında qarşılıqlı hörmət var idi. Hazırda isə valideynlər çox zaman müəllimi şikayət obyekti kimi görür, məktəb idarəetməsinə müdaxilə edir, müəllimlərin nüfuzunu sarsıdırlar. Bu da şagirdlərə mənfi təsir göstərir və onlar məktəbdə özlərini tam nəzarətsiz hiss edirlər. Bu problemi həll etmək üçün konkret tədbirlər görülməlidir. İlk növbədə, məktəblərdə intizam qaydaları sərtləşdirilməli, şagirdlərə və valideynlərə məsuliyyət hissi aşılanmalıdır. Müəllimlərin hüquqları qorunmalı, şagirdlərin intizamsız davranışları qarşısında məktəb rəhbərlərinə konkret səlahiyyətlər verilməlidir. Nazirlik yalnız maarifləndirmə kampaniyaları keçirməklə kifayətlənməməli, real tədbirlər görməlidir. Müəllimlərə qarşı zorakılıq edən, məktəbdə intizamsızlıq yaradan şagirdlər üçün ciddi inzibati tədbirlər nəzərdə tutulmalıdır. Əgər bu vəziyyətə müdaxilə olunmazsa, gələcək illərdə müəllim peşəsinin nüfuzu daha da aşağı düşəcək, məktəblərdə nizam-intizam tamamilə yox olacaq və təhsil sistemi tamamilə öz nəzarətini itirəcək. Bu gün məktəblərdə intizamı bərpa etmək üçün konkret addımlar atılmasa, sabah cəmiyyətimiz daha böyük problemlərlə üzləşəcək. Təhsil təkcə bilik vermək deyil, həm də tərbiyədir. Əgər tərbiyə yoxdursa, bilik də mənasız olur!” Geri qayıt |