Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Jurnalist fəaliyyətinə qadağa!
Jurnalist fəaliyyətinə qadağa!Dünən, 15:45 |
![]() Bu günlərdə çıxarılmış məhkəmə qərarlarının birində müttəhim 3 il müddətinə jurnalist fəaliyyətinə qadağa əksini tapıb. Azərbaycanda bu ilkdir. Hakim bu qərarı nəyə əsasən verib? CM-də bununla bağlı konkret maddə varmı? “Yeni Sabah”a danışan ehtiyatda olan polkovnik, hüquqşünas Şəmsəddin Əliyev bildirib ki, Məhkəmə qərarında konkret cinayətə görə məsuliyyətlə bağlı nəzərdə tutulan cəza ilə yanaşı, məhrumetmə cəzaları da tətbiq edilir və bu tip cəzalar Cinayət Məcəlləsinin ümumi hissəsində öz əksini tapıb: “Konkret halda jurnalist fəaliyyətinin qadağan edilməsi əlavə cəzadır. Cinayət Məcəlləsində əlavə və birdəfəlik cəzalar var. Məsələn, hansısa şəxsin sürücülük hüququndan, hansısa generalın rütbəsindən məhrum edilməsi və yaxud jurnalistika fəaliyyətindən məhrumetmə kimi. Tutaq ki, hər hansı bir mühasib vəzifəsindən sui-istifadə edib, rüşvət alıb, hakim qərar verə bilər ki, həmin şəxsin ixtisası üzrə fəaliyyəti 3 illik qadağan olunsun. Bu Cinayət Məcəlləsinin ümumi hissəsində öz əksini tapır. Xüsusi hissədə konkret cinayət və sanksiyalar, ümumi hissədə isə əsas və əlavə cəzalar var”. Qeyd edək ki, Cinayət Məcəlləsinin Ümumi Hissəsinin, I bölməsinin, 46-cı maddəsinin (Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə) 1-ci bəndinə əsasən: Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. “Media haqqında” qanunun 388-ci maddəsinə görə isə (Media azadlığından və jurnalist hüququndan sui-istifadə etmə) aşağıdakı hallarda media nümayəndələrinə aşağıdakı sanksiya və cərimələr tətbiq olunur: Media subyektinin redaksiyası (məsul redaktoru) və jurnalistlər tərəfindən media sahəsində fəaliyyət azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə, yəni açıqlanması qanunla qadağan edilən informasiyanı yaymağa və ya informasiya mənbəyini qanunla yol verilməyən hallarda açıqlamağa görə – fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər 500 manatdan 700 manatadək məbləğdə, hüquqi şəxslər 2000 manatdan 3000 manatadək məbləğdə cərimə edilir. Geri qayıt |