Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Barəsində cinayət işi açılan məşhur şirkət nizamnamə kapitalını azaldır
Barəsində cinayət işi açılan məşhur şirkət nizamnamə kapitalını azaldırBu gün, 11:31 |
![]() Təxminən 4 ay əvvəl Bakı şəhəri Nəsimi rayon prokurorluğu tərəfindən barəsində cinayət işi açılan “Aqroinnova” MMC (VÖEN – 1403603241) nizamnamə kapitalını azaldır. Yeniavaz.com xəbər verir ki, hazırda 2 milyon 492 min 500 manat nizamnamə kapitalı olan “Aqroinnova” MMC kapitalının 360 min manat həcmində azaldığını elan edib. Bildirilir ki, kreditorlar öz tələblərini Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, Mirvari y/k, A bloku, 3-cü mərtəbə ünvanına bildirə bilərlər. Məlumat üçün bildirək ki, ötən il noyabr ayının 1-də Baş Prokurorluq məlumat yayaraq ( https://genprosecutor.gov.az/az/post/8171) bildirib ki, ixrac əməliyyatları zamanı 1,6 milyon dollardan artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 2,7 milyon manatdan artıq) Azərbaycanda müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyi üçün “Aqroinnova” MMC barəsində cinayət işi açılıb. Qeyd edək ki, “Aqroinnova” MMC 2 dekabr 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Nəsimi rayonu, 4-cü mikrorayon, Mir Cəlal küçəsi ev 60, mənzil 89-da yerləşir. Dövlət Vergi Xidmətinin reyester məlumatlarında “Aqroinnova” MMC-nin qanuni təmsilçisinin Sultanov Emil Rauf oğlu olduğu göstərilir. Sultanov Emil Rauf oğlu eyni zamanda “Gilan Holdinq”ə bağlı çoxsaylı şirkətlərə rəhbərlik edir. Həmin ünvanda qeydiyyatda olan çoxsaylı şirkətlərin də “Gilan Holdinq”ə bağlı olduğu məlumdur. Bu ünvanda qeydiyyatda olan “Palace İnşaat” MMC-nin rəhbəri Ağayev Laçın Şirvan oğlu həm də “Gilan Satış” MMC-nin rəhbəridir. Açıq mənbələrdəki məlumatlar isə göstərir ki, “Gilan Holdinq”ə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlanları Tale və Nicat Heydərovlar rəhbərlik edib. Geri qayıt |