Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > "Ermənistanda hazırda Robert Köçəryanı bu hallara görə ittiham edirlər"
Əsas Səhifə > Güney Press > "Ermənistanda hazırda Robert Köçəryanı bu hallara görə ittiham edirlər"

"Ermənistanda hazırda Robert Köçəryanı bu hallara görə ittiham edirlər"


Dünən, 13:07
"Ermənistanda hazırda Robert Köçəryanı bu hallara görə ittiham edirlər"
Ermənistanın sabiq prezidenti, hərbi cani Robert Köçəryanın işğal dövrünə aid Azərbaycanla bağlı açıqlamaları cəfəngiyyatdır. Onun iddia etdiyi kimi hansısa ərazi mübadiləsi və separatçıların danışıqlarda iştirakı məsələsi rəsmi Bakı tərəfindən qəbul edilməyib.

Bu sözləri Teleqraf-a Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

O bildirib ki, onun yanında Mehridən ərazi almaq və onun əvəzində hansısa əraziləri Ermənistana güzəştə getmək kimi məsələlər müzakirə edilməyib: “Köçəryanın indi bu məsələləri gündəmə gətirməsi təsadüfi deyil. Onun prezidentliyi dövründə Qarabağ erməniləri danışıqlardan kənarlaşdırılıb. ATƏT Minsk Qrupunun mandatına görə, Qarabağ erməniləri 1992-ci ildən sonra aparılan danışıqlarda iştirak edib. 1992-ci ilin mayında Lissabonda Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Qasımov və ABŞ-nin sabiq dövlət katibi Uorren Kristofer arasındakı görüşdən sonra bununla bağlı razılıq əldə olunub. Beləliklə, 1992-ci ilin iyununda Romada Azərbaycanla Ermənistan arasında görüşlər başlayıb. Bu görüşlərdə Qarabağ erməniləri maraqlı tərəf kimi iştirak edib. Vasitəçilərin və ermənilərin məqsədi o idi ki, danışıqlarda onlar qondarma dövlət kimi iştirak etsin. 1998-ci ilin aprelində Robert Köçəryan Ermənistanda prezident olduqdan sonra vəziyyət dəyişdi”.

Tofiq Zülfüqarov Azərbaycan Prezidenti mərhum Heydər Əliyevlə Robert Köçəryan arasında ilk görüşün 1998-ci ildə olduğunu söyləyib: “Görüşdə 4 nəfər iştirak edib. Mərhum Heydər Əliyev, Robert Köçəryan, mən və Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyanın iştirakı ilə müzakirə aparılıb. Burada Azərbaycanla Ermənistan arasında birbaşa danışıqların aparılması qərara alınıb. Azərbaycan və Ermənistan tərəfindən Qarabağ nümayəndələrinin iştirakına ehtiyac olmadığı bəyan edilib. Köçəryan da bunu qəbul edib. Bununla da Qarabağ tərəf kimi danışıqlardan kənarlaşdırılıb”.

“Ermənistanda hazırda Robert Köçəryanı bu hallara görə ittiham edirlər. Deyirlər ki, “sən məsələni “Dağlıq Qarabağ” deyil, Ermənistan Azərbaycan münaqişəsi kimi qəbul etmisən. Sözsüz ki, o vaxt buna nail olmaq Azərbaycanın diplomatik qələbəsi idi”, - T.Zülfüqarov bildirib.

Xatırladaq ki, fevralın 17-də Ermənistanın sabiq prezidenti Robert Köçəryan mətbuat konfransında revanşizmə xidmət edən açıqlamalarla yanaşı, Azərbaycanla aparılmış danışıqların da mahiyyətini təhrif edib.

Geri qayıt