Əsas Səhifə > Güney Press > "Əvvəllər bizim cəmiyyətdə kişinin zorakılığa məruz qalması heyrətamiz hadisə idi"
"Əvvəllər bizim cəmiyyətdə kişinin zorakılığa məruz qalması heyrətamiz hadisə idi"19-02-2025, 17:33 |
![]() Ötən il Azərbaycanda 58 kişi gender əsaslı zorakılığa məruz qalıb. Bu statistika Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatında öz əksini tapıb. Bəs görəsən bunun səbəbi nədir? Sosioloq Lalə Mehralı mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verib: "Kişilik artıq sosial mövzuların araşdırması olmaqdan çox uzaqlaşıb. İctimai müzakirələrdə toxunulmayan bir mövzu olaraq qalıb. Qısaca, kişilik qavramı həyatımızdan silinib desək daha doğru olar. Məsələn, gender tədqiqatları daha çox qadınlar üzərindən aparılır. Halbuki gender bərabərliyi hər iki cinsin üzərində eyni dərəcədə təmin edilməlidir. Qadınlar zorakılıq görmədikləri zamanlarda belə cəmiyyətə qurban mövqeyində təqdim edilir. Kişilər zorakılıq göstərməsə belə stiqmaya məruz qalırlar. Ailədaxili zorakılıqdan danışanda hamı bunu kişinin etdiyini düşünür. Amma, bəzən əksi də olur. Son statistikada da gördük ki, zorakılığa məruz qalan kişilər də var. Özləri etiraf etməsələr də, bəzən kişilər də döyülür, söyülür, təhqir edilir. Amma onlar daha çox mənəvi, psixoloji zorakılığa məruz qalırlar. Kişilər bunu etiraf etməyi şəxsiyyət olaraq özlərinə yaraşdırmırlar. Amma bəzən də gizlətmək mümkün olmur. Kişilərin zorakılıq görməsinin səbəbləri müxtəlifdir - maddi vəziyyətinin aşağı olması, psixoloji durumunun aşağı olması, həyatından narazılıq, iş yükünün çox, qazancının isə az olması və.s. Ümumiyyətlə, problem yaratmaq istəyən üçün fərqi yoxdur səbəb nədir. İnsan qarşı tərəfdə problem görmək istəyirsə, onu heç nədən yarada bilir. Əvvəllər bizim cəmiyyətdə kişinin zorakılığa məruz qalması çox heyrətamiz hadisə idi. Amma indi bu hal adiləşib. Düzdür, kişilər qadınlar qədər şiddətə məruz qalmır. Döyülmür, təcavüz edilmir, öldürülmür amma onlar da belə hallarla üzləşirlər. Zorakılığa məruz qalan da, onu tətbiq edən də qınanılmalıdır. Bunu cinslərə ayırmaq doğru deyil". Geri qayıt |