Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu
Kadinin "Qarabağ"a transferinin detalları bəlli olduBu gün, 12:18 |
"Qarabağ" ötən gün sabiq futbolçusu Kadi Borgesin qayıdışını açıqlayıb. Braziliyalı vinger "Ferensvaroş"dan transfer edilib. Publika.az transferin detalları barədə məlumat əldə edib. Belə ki, Macarıstan təmsilçisi son günlər tez-tez yarımmüdafiəçi Julio Romaoya görə Ağdam klubunun "qapısını döyüb". "Ağ-yaşıllar" dəfərlərlə "yox" cavabı almasına baxmayaraq, inadkarlıq ediblər. Sonuncu danışıqlar prosesində isə anidən Kadi məsələsi gündəmə gəlib. Bu zaman "sular durulub". Nəticədə tərəflər qısa zamanda və sürətli şəkildə razılığa gəliblər. Braziliyalı futbolçu da "Qarabağ"a qayıtmağa razı olduğundan, bu transferdə problem yaşanmayıb. Nəticədə Kadi fevralın 3-də Bakıya gəlib və "köhlən atlar"la müqavilə imzalanıb. Qeyd edək ki, "Qarabağ" 28 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalayıb. Geri qayıt |