Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanır
USAID-in internet saytı və onun X hesabı Trampın fərmanından sonra bağlanırDünən, 20:24 |
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) internet saytı Donald Tramp administrasiyasının yardım proqramlarını dondurması fonunda fəaliyyətini dayandırıb. APA xəbər verir ki, CNN-in məlumatına görə, sayt heç bir izahat verilmədən şənbə günü, fevralın 1-də ləğv edilib. Konqresdəki demokratlar Trampın USAID-i müstəqil agentlik kimi dayandırıb Dövlət Departamentinə ötürə biləcəyindən narahatdırlar. Onlar israr edirlər ki, respublikaçıların agentliyi dağıtmaq üçün qanuni səlahiyyəti yoxdur. Kanal qeyd edir ki, agentlik Konqres tərəfindən maliyyələşdirilir və onun işi milli təhlükəsizlik üçün həyati əhəmiyyət kəsb edir. USAID-in X sosial media hesabı da artıq əlçatan deyil. Agentliyin səhifəsində "Bu hesab mövcud deyil" deyilir. Qeyd edək ki, inauqurasiya günü Tramp 40-dan çox sərəncam imzalayıb. Bunlardan biri də USAID-in beynəlxalq yardım proqramlarını 90 gün müddətinə dondurmaqla bağlı olub. Geri qayıt |