Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > "Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..."
"Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə..."Bu gün, 15:02 |
“Sülh istəyən, bu istiqamətdə konkret addımlar atmalıdır. Yoxsa, sadəcə “sülh” deməklə sülh olmur”. Bunu Moderator.az-a açıqlamasında millət vəkili Asim Mollazadə bildirib. Millət vəkili qeyd edib ki, Cənubi Qafqazda sülhün reallaşması üçün Ermənistanın Azərbaycanın sülh səylərini dəstəkləməsi vacibdir: “Azərbaycan hər zaman regionda sülhün və təhlükəsizliyin təmini istiqamətində sistemli addımlar atıb, böyük diplomatik səylər sərgiləyib. Lakin təəssüflər olsun ki, Ermənistan heç vaxt Azərbaycanın sülh səylərini dəstəkləməyib, əksinə, müxtəlif təxribatlar vasitəsilə bu səylərə kölgə salmağa, Cənubi Qafqazdakı sülh prosesinə zərbə vurmağa çalışıb. 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın yürütdüyü siyasət də sülhün təmininə deyil, gərginliyin artmasına xidmət edib. Əgər Ermənistan öz yanlış, təxribatçı siaysətindən imtina edərsə, ölkəmizin sülh səylərinə səmimi şəkildə dəstək verərsə, o zaman Cənubi Qafqazda uzunmüddətli sülhü təmin etmək mümkün olacaq”. Geri qayıt |