Əsas Səhifə > Güney Press > Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu

Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu


Bu gün, 17:38
Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu
“İrəvanla Bakı arasında imzalanacaq sülh müqaviləsi ilə bağlı yeni heç nə yoxdur, çünki mən artıq demişəm ki, layihənin 17 bəndindən 15-i razılaşdırılıb. Razılaşdırılmamış iki məqam var və Ermənistan onların hər ikisi üçün həll yolları təklif edib".

Ölkə.Az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

"Onlardan biri sərhəddə üçüncü ölkə qüvvələrinin nümayəndələrinin yerləşdirilməməsi ilə bağlıdır. Biz bunu sərhədə, delimitasiya olunmuş ərazilərə tətbiq etməyi təklif edirik. Hüquqi məsələlərlə bağlı mübahisələrin beynəlxalq məhkəmələrdən geri götürülməsi məsələsi də var ki, müəyyən şərait və şərtlər daxilində bizim üçün məqbul sayıla bilər. O mənada ki, biz nəinki beynəlxalq məhkəmələrdən nəyisə geri götürürük, həm də bu mübahisələrdən tamamilə imtina edirik", - Paşinyan qeyd edib.

Onun fikrincə, əks halda elə bir vəziyyət yarana bilər ki, Ermənistan hansısa məsələni geri götürsə, Azərbaycan da öz iddialarını geri götürür: "Yəni biz razılaşdıq ki, bunu beynəlxalq qurumların baxılmasına təqdim etməyəcəyik".

Bununla belə, Paşinyan sülhdən yayınmaq üçün növbəti bir hiyləyə əl ataraq deyib: “Hüquqi məsələlərlə bağlı beynəlxalq qurumların baxılmasına təqdim etməyə bilərik, lakin növbəti mərhələdə Azərbaycan bu məsələləri ikitərəfli münasibətlər masasına qoyacaq və bunun ətrafında eskalasiya baş verə bilər.

Belə olan halda biz beynəlxalq platformalardan istifadə edərək bu eskalasiya riskini idarə etmək üçün artıq yolumuzu bağlayacağıq”.

Geri qayıt