Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı
Əsas Səhifə > Güney Press > Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı

Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı


Bu gün, 09:38
Məhkəmə “Meqa-Siti Holdinq”in rəhbəri və digərləri barədə qərar çıxardı
Ali Məhkəmədə dələduzluqda təqsirli bilinən şirkət rəhbəri Aqil Qədirov və digərlərinin barəsindəkə hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd: “Meqa-Siti Holdinq” MMC-nin təsisçisi Aqil Qədirov və daha əvvəl tanışı Elnur Məmmədov 1 milyon manatlıq dələduzluqda təqsirləndirilirlər.
İttihama görə, həmin şəxslər inşa etdikləri yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satıblar. Cinayət işində 33 zərərçəkmiş var. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqil Qədirov 8 il, Elnur Məmmədov isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bu hadisədən sonra şirkət rəhbərinin daha bir cinayət əməli üzə çıxıb.

Sözügedən cinayət işi üzrə “Meqa-Siti Holdinq” MMC-nin digər vəzifəli şəxsləri – Maksim Zeynalov, Fariz Nuruyev və Tamara Novruzova da təqsirləndirilib

Geri qayıt