Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Əmək Məcəlləsində olan bu hallar nəzərə alınmır...
Əsas Səhifə > Güney Press > Əmək Məcəlləsində olan bu hallar nəzərə alınmır...

Əmək Məcəlləsində olan bu hallar nəzərə alınmır...


Bu gün, 08:18
Əmək Məcəlləsində olan bu hallar nəzərə alınmır...
Əmək mübahisələrində, xüsusən də bir çox məhkəmə qərarlarında bu hal işçilərin əmək hüquqlarının pozulması ilə nəticələnən qərar və ya digər hüquqi aktlatın qəbul edilməsi ilə nəticələnir.Bu hal işçilərin əmək hüququnun bərpası ilə əlaqədar məhkəməyə müraciətlə əlaqədar İDDİA MÜDDƏTİ ilə bağlıdır. Bir qayda olaraq məhkəmə qərarları qəbul edilərkən Əmək Məcəlləsində olan aşağıdakı hallar nəzərə alınmır:
1. Əmək Məcəlləsinə əsasən: pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla əlaqədar yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
2.İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən: müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.
4. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinə edilən müraciətlər də təsdiq edir ki, bir çox işəgötürənlər bu maddədən sui - istifadə etməklə işçilərin: həm əmək haqqı almaq hüququnu pozur, eyni zamanda hətta məzuniyyət pulunu belə ödəmirlər.
5. Məhkəmələr də bir qayda olaraq əmək haqqı barədə müraciıt edən işçinin əmək haqqını, müraciət etdiyi andan - 1 ilə arxa tarixlə təmin edir, Əgər işçi bu 1 ildən də bir neçə ay müddət buraxmışsa, həmin aylar və günlər çıxılmaqla ona ən çoxu 1-12 ay müddət üçün əmək haqqının ödənilməsi barədə qərarlar qəbul edirlər.
6. Lakin, bu barədə qərar qəbul edən hakim və ya məhkəmələr bir hala fikir vermirlər ki, Əmək Məcəlləsinin bu maddəsi: pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 ilərzində məhkəməyə müraciət etmək hüququnu nəzərdə tutur, ona əmək haqqı ödənilməsi barədə qaydaları yox.
7. AR-sı Əmək Məcəlləsinin bu maddəsi isə bu halda 1 il ərzində işçinin məhkəməyə müraciət etmək hüququnu nəzərdə tutur, müraciət etdikdən sonra arxa tarixlə hansı müddət üçün işçiyə əmək haqqının ödənilməsini deyil. Yəni, Azərbaycan Respublikasının Əmək Məcəlləsində işçiyə əmək haqqının ödənilməsi barədə 1 illə əlaqədar hər hansı bir məhdudiyyət yoxdur.

Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - "DİA-AZ" (dia-az.top)

Geri qayıt