Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Moskvadan Bakıya YENİ TƏKLİF:
Moskvadan Bakıya YENİ TƏKLİF:Dünən, 14:48 |
“Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesi üzrə Rusiya vasitəçiliyini təklif edib. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk qeyd edib ki, ölkəsinin Hərbi Baş Kəşfiyyat İdarəsində saxlanılan kartoqrafik materialları birgə komissiyaya təqdim etməyə hazırdırlar. Təbii ki, Rusiya tərəfi xəritələri təqdim etməklə, prosesdə olmağa çalışır”. Medianews.az xəbər verir ki, bu barədə Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib. O qeyd edib ki, Kremlin əlində olan kartoqrafik materiallarda mübahisəli məsələlər olacaq. Siyasi şərhçinin qənaətincə, bu da ikitərəfli danışıqlarım pozulmasına gətirib çıxara bilər: “Məhz Moskva prosesi öz nəzarətinə almaqla, idarə etməyi planlaşdırır. Azərbaycan Aleksey Overçukun belə bir təklifinə razı olmayacaq. Azərbaycan hazırkı sərhədlər üzrə danışıqları aparır və Rusiyanın xəritə təklifini obyektiv qiymətləndirə bilməz. Çünki Rusiya vasitəçilik etimadını itirib. Məhz AZAL təyyarəsinin vurulmasına görə, Rusiyanın məsuliyyətdən yayınması, öz kütləvi informasiya vasitələrində Azərbaycana qarşı təxribat xarakterli materiallar verməsi, Moskvanın Azərbaycanla Ermənistan arasında sərhəd komissiyasının işinə real töhfə verəcəyini şübhə altına salır. Daha dəqiq desək, bu, mümkün görünmür. Bununla da Moskva öz vasitəçiliyinin üstündən xətt çəkmiş olub”. Moskvadan Bakıya YENİ TƏKLİF: AZAL-ın təyyarəsinin vurulmasından sonra... M.Əsədullazadə hesab edib ki, bundan sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanarsa, bu, Moskvanın iştirakı ilə olmayacaq: “Təyyarə böhranından sonra Rusiyanın Zəngəzur Dəhlizi ilə bağlı danışıqlarda iştirakına icazə verilməyəcək. Ona görə də Rusiya tərəfi dəhlizə nəzarət mexanizmini müxtəlif yollarla gündəmə gətirir”. Geri qayıt |