Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > FHN 205 minlik tenderi simsar şirkətə verdi:
FHN 205 minlik tenderi simsar şirkətə verdi:29-01-2025, 16:03 |
Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutu yeni tender keçirib. Tribunainfo.az xəbər verir ki, nazirlik FHN İdman-sağlamlıq klubunda voleybol meydançası üçün Video Challange sisteminin satınalınmasını həyata keçirəcək. FHN bununla əlaqədar “QAFQAZNET” MMC ilə satınalma müqaviləsi bağlayıb. Layihənin həyata keçirilməsinə isə 205.375,46 manat xərcləyəcək. Qeyd edək ki, FHN-lə “Qaqaznet” arasında bu, ilk sövdələşmə deyil. Bundan əvvəl də nazirlik bir neçə iri tenderlərini bu şirkətə həvalə edib. Məsələn, FHN Maddi Texniki-Təchizat İdarəsi 2023-cü ildə 3 tenderini “Qafqaznet” MMC-yə verib. Təkcə iki müqavilənin dəyəri 3 724 670 manat təşkil edib. Elə ötən il də analoji tenderlər reallaşdırılıb. Bildirək ki, 2015-ci ildə təsis edilən “Qafqaz Net” MMC “Gilan Holdinq” daxilində biznes strukturları arasında mərkəzləşdirilmiş şəbəkə infrastrukturunun yaradılması və internet xidmətinin verilməsini həyata keçirir. Şirkətin rəhbəri Cəfərov Adil Ələddin oğludur. Açıq mənbələrdə isə iddia olunur ki, “Gilan Holdinq” FHN rəhbəri Kəmaləddin Heydərova yaxın şirkətlərdən biridir. Geri qayıt |