Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > "Müharibə xəbərdarlığı Ohanyanın başından böyük sayıqlamasıdır"
Əsas Səhifə > Güney Press > "Müharibə xəbərdarlığı Ohanyanın başından böyük sayıqlamasıdır"

"Müharibə xəbərdarlığı Ohanyanın başından böyük sayıqlamasıdır"


29-01-2025, 15:31
"Müharibə xəbərdarlığı Ohanyanın başından böyük sayıqlamasıdır"
"Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın müharibə ilə bağlı açıqlaması növbəti dəfə başından böyük sayıqlamadır".

Bunu TNS-ə ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov deyib.

O bildirib ki, sabiq nazirin dedikləri həqiqətdən çox uzaqdır: “Nəyə, hansı müharibəyə hazırdırlar? Seyran Ohanyanın özünün dövründə və ondan sonra Ermənistan ordusunun nəyə qadir olduğunu 44 günlük savaşda gördük. Ona görə də, Seyran Ohanyanın “Biz müharibəyə hazırıq, Azərbaycan ərbələrimizi görəcək”, - deməsi özünü Ermənistan ictimaiyyətinin gözü qarşısında bir növ doğrultmaq, özünə bəraət qazandırmaq üçün səsləndirdiyi fikirdir. Bu fikirin arxasında heç bir güc-qüvvə yoxdur. Ohanyan özü də gözəl bilir ki, onun ordusu yaxın 5 ilə ayaq üstə dura bilməyəcək. Nəyi göstərəcəklər Azərbaycana? Qazdıqları xəndəkləri, yoxsa aldıqları hansısa silahları?”

Hərbi ekspertin sözlərinə görə, Ohanyan unutmamalıdır ki, bu gün Bakıda məhkəməsi davam edən separatçılar da ondan daha böyük iddialarla çıxış edirdilər: “Amma onların axırını bütün dünya gördü. Ohanyan bu haqda çox ciddi düşünməlidir ki, Xocalıda törətdiyi cinayətlərə görə mütləq cavab verməli olacaq. Ona görə də Ohanyanın sərsəm bəyanatına o qədər də önəm verilməsinin tərəfdarı deyiləm. Ohanyan çox yaxşı bilir ki, dedikləri həqiqətdən uzaqdır. Bu gün Azərbaycanın əldə etdiyi silah-sursat Ohanyana dəhşət yaşada bilər. Mənə elə gəlir ki, Ohanyan bu gün Ermənistan rəhbərliyindən daha çox məlumata malik deyil. Ermənistan ordusunun Baş Qərargah rəisi bəyan edirsə ki, onların qarşısına sülhə hazırlıq öhdəliyi qoyulub, bu, Ermənistanın hansı gücdə olduğunun göstəricisidir”.


Geri qayıt