Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > "Prokurorluğun "əmlak iddiaları" siyasiləşdirilir"
"Prokurorluğun "əmlak iddiaları" siyasiləşdirilir"29-01-2025, 10:43 |
Ermənistan Prokurorluğunun qanunsuz əldə edilmiş əmlakların müsadirə edilməsi ilə bağlı iddiaları ayrıseçkilik xarakterlidir. Bunlar həm də siyasiləşmiş iddialardır. Bu barədə Ermənistanın tanınmış vəkillərindən olan Raffi Aslanyan "Sputnik Armeniya"ya açıqlamasında mlumat verib. O, ötən gün Ermənistanın Baş Prokurorluğunun yaydığı açıqlamanı şərh edərkən diqqət çəkən fikirlər səsləndirib. Qeyd olunub ki, yanvarın 27-də aidiyyəti qurumun müsadirə tələbləri üzrə birinci məhkəmə qərarı qüvvəyə minib. Qərara əsasən 750 min ABŞ dolları dəyərində iki əmlak və 190 min ABŞ dolları dəyərində nağd pul dövlət xeyrinə müsadirə edilib. Aslanyan xatırladıb ki, prokurorun iddialarının əksəriyyəti üzrə olan araşdırmalar, hətta ibtidai istintaq belə hələ də başa çatmayıb: "Hərçənd bu iddialara bir neçə ildir ki, baxılır... Nə üçün belə yubanmaya yol verildiyini söyləmək isə çox çətindir". Vəkil əlavə edib ki, izlədiyi məlum proseslərə, arzuolunmaz hallara əsasən hesablamaların təxmini olduğu qənaətinə gəlmək olar. "Bu iddiaların əsasında duran hesablamaların necə əsaslandırılması bəlli deyil. Kimdənsə 100 milyon dram (250 min dollardan bir qədər çox - red.) tələb olunur. Amma kimsə ölkəyə milyardlarla dollar məbləğində ziyan vursa da, ən yaxşı halda ondan bir milyard dram (2,5 milyon dollar - red.) tələb olunur", - Aslanyan prokurorların siyasi sifarişlər həyata keçirməsindən gileylənib. Geri qayıt |