Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > “Siyasi repressiya” anonsu:
“Siyasi repressiya” anonsu:28-01-2025, 18:17 |
Xəbər verdiyimiz kimi, Amnesty İnternational beynəlxalq təşkilatı Azərbaycanla bağlı dərc etdiyi yeni hesabatında ölkədə insan hüquqları sahəsində vəziyyətin pisləşməsindən narahatlığını bildirib. “Fikri ifadə etmək, birləşmək və dinc toplaşmaq azadlığı hüquqları əsassız olaraq məhdudlaşdırılır, hüquq müdafiəçilərinə və jurnalistlərə qarşı repressiyalar törədilir”- deyə, məruzədə bildirilir. Globalinfo.az-a danışan Demokratiya və İnsan Hüquqlar Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib ki, Amnesty İnternational siyasiləşmiş təşkilatdır: “Bu təşkilatların hesabatına o vaxt ciddi baxmaq olardı ki, dünyada baş verən hadisələrin hamısına eyni prizmadan yanaşardılar. Azərbaycan torpaqları işğala məruz qaldığı dövrdə, 44 günlük müharibə, antiterror əməliyyatları zamanı beynəlxalq təşkilatların ölkəmizə münasibəti qərəzli idi. Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsini rəhbər tutaraq öz torpaqlarını işğalçılardan azad edib, suverenliyini bərpa etmək istiqamətində mübarizəyə başlasa da rəsmi Bakıya qarşı fərqli təzyiq formaları hökm sürürdü. Ermənistan ordusu Azərbaycanın kəndlərinə, şəhərlərinə, yaşayış məntəqələrinə raketlər atanda Amnesty İnternational kimi beynəlxalq təşkilatlar susurdu. Əksinə, Azərbaycanı qınayan fikirlər ifadə etməklə, ölkəmizə qarşı fəaliyyət göstərirdilər. İndi bu təşkilatlar ölkədə baş verən müəyyən hadisələrə “qiymət verməyə” başlayıblar. Maraqlıdır, ölkəyə nə vaxt səfər etdilər? Kimlərlə görüşlər keçirildi və haradan bu informasiyalar alındı? ” Çingiz Qənizadənin sözlərinə görə, həmin hesabat xaricdə oturan “özümüzünkülər”in səsləndirdiyi fikirlər fonunda hazırlanıb: “Bu informasiyanı verən şəxslər Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirirlər. Hansısa qurumların, təsisatların vasitəçisinə çevriliblər. Azərbaycanda hansı vəzifə tutmasından, hansı ictimai-siyasi təşkilatın üzvü olmasından asılı olmayaraq cinayət törədən şəxslər məsuliyyət daşıyır. Dövlət məmurları, hansısa qurumun rəhbərləri, icra başçıları tutulanda əl çalırıq, amma jurnalist fəaliyyəti ilə məşğul olub hədə-qorxu gələrək pul tələb edənlər, dövlət əleyhinə fəaliyyət göstərənlər, qanunda nəzərdə tutulan toplaşmaq hüququnu istədiyi formada ifadə etmək üçün ictimai qaydanı pozan şəxslərlə bağlı tədbirlər görüləndə siyasi repressiya adlandırılır. Təəssüflər olsun ki, bu təşkilatlar heç vaxt haqqın yanında olmağı bacarmadılar”. Geri qayıt |