Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > DİM pulsuz xidmət təklif edir:
DİM pulsuz xidmət təklif edir:28-01-2025, 13:58 |
Son vaxtlar ölkədə “repetitorluq biznesi” ilə yanaşı “kodlaşdırma biznesi” də geniş yayılıb. Hər il ali məktəbə qəbul olmaq istəyən abituriyentlər müəyyən bal topladıqdan sonra kodlaşdırma ilə məşğul olan şəxslərə, əsasən müəllimlərə müraciət edirlər. Həmin şəxs də müəyyən ödəniş müqabilində kodlaşdırma aparır. Əgər bir-iki il əvvəl 20 manat müqabilində kodlaşdırma aparılırdısa, hazırda bu ən azı 100-150 manatdan başlayır. Nəticədə “kodlaşdırma biznesi” getdikcə genişlənir. Bu “biznesin” qarşısını almaq üçün müvafiq qurumlar müəyyən addımlar atmalıdır ki, həm abituriyentlər kodlaşdırıcı axtarışında olmasın, həm də maddi çətinliklə üzləşməsin. Dövlət İmtahan Mərkəzi bu istiqamətdə hansı tədbirlər həyata keçirir? Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən “Cebheinfo.az” bildirilib ki, ali təhsil müəssisələrinə ixtisas seçimi mərkəzin rəsmi saytı vasitəsilə elektron qaydada aparılır və texniki cəhətdən bu prosesi həyata keçirmək çox sadədir: “Proqram təminatı elə qurulub ki, sizin səhv etmək ehtimalınız yoxdur və ərizəni yadda saxla düyməsini basdıqda, əgər hər hansı kodu səhv yazmısınızsa, bu barədə xəbərdarlıq edilir və ərizə təsdiq olunmur. Hər kəs ixtisas seçimini özü rahat şəkildə edə bilər. Hər il DİM tərəfindən abituriyentlərə kömək etmək məqsədilə ixtisas qrupları üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” adlı vəsaitlər nəşr edilir. Bu kitabçalarda müsabiqə şərtləri, ixtisas qrupları üzrə plan yerləri, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanması və s. məlumatlar öz əksini tapır. “Abituriyent” jurnalının 4 saylı buraxılışında “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisaslar, plan yerləri dərc olunur. Abituriyentlərin hər hansı bir çətinlikləri olduqda isə Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Avrasiya, Memarlıq və İnşaat, Texniki Universitet, Bakı Mühəndislik Universitetlərində, Azərbaycan Dövlət Aqrar Universitetində, Sumqayıt Dövlət Universitetində yerləşən “Abituriyent Məsləhət Mərkəzləri”ə müraciət edə bilərlər. “Məsləhət mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz kömək göstərirlər. Bu mərkəzlər il boyu fəaliyyət göstərirlər. İxtisas seçimi günlərində isə yenə də ödənişsiz formada 50-dən çox bölgədə rayon təhsil sektorlarında DİM-in Səyyar Abituriyent Məsləhət Mərkəzləri fəaliyyət göstərirlər”. Həmçinin qeyd edilir ki, abituriyentlərin bu prosesi kommersiya məqsədilə fəaliyyət göstərən tanımadıqları şəxslərə etibar etməsi yolverilməzdir və arzuolunmaz nəticələrə səbəb ola bilər: “Burada istifadəçilərin müəyyən fərdi məlumatları (topladığı bal, iş nömrəsi, telefon nömrəsi, ad, soyad və s.) da toplanılır. Abituriyentlər və onların valideynləri diqqətli olmalıdırlar. Abituriyentlər DİM-in xidmətlərindən istifadə zamanı onlara təqdim olunan iş nömrəsi, həmçinin “Şəxsi kabinet”ə aid ola biləcək məlumatların məxfiliyinin qorunub saxlanılmasına birbaşa məsuliyyət daşıyırlar. Ona görə də abituriyentlər öz şəxsi məlumatlarını kənar şəxslərə təqdim etməməlidirlər. Bir daha abituriyentləri və onların valideynlərini diqqətli olmağı, yalnız Dövlət İmtahan Mərkəzinin rəsmi məlumatlarına, çağırış və tövsiyələrinə əməl etməyi tövsiyə edirik”. Geri qayıt |