Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > MN-in milyonluq mənimsəmə ilə bağlı həbs edilən sabiq idarə rəisi hökmdən kassasiya şikayəti verib
Əsas Səhifə > Güney Press > MN-in milyonluq mənimsəmə ilə bağlı həbs edilən sabiq idarə rəisi hökmdən kassasiya şikayəti verib

MN-in milyonluq mənimsəmə ilə bağlı həbs edilən sabiq idarə rəisi hökmdən kassasiya şikayəti verib


28-01-2025, 17:29
MN-in milyonluq mənimsəmə ilə bağlı həbs edilən sabiq idarə rəisi hökmdən kassasiya şikayəti verib
Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin sabiq rəisi Mahir Şirvanov barəsində olan hökmdən kassasiya şikayəti verib.

APA xəbər verir ki, iş Ali Məhkəmənin hakimi Nazim Mövsümovun icraatına verilib.

Məhkəmə prosesi mayın 14-nə təyin olunub.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin ötən il sentyabrın 9-da çıxardığı hökmə əsasən, Mahir Şirvanov 3 il müddətinə azadlıqdan məhrum olunub.
Hökmdən verilmiş apellyasiya protesti Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, qismən təmin olunub.
Mahir Şirvanov Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.
Təqsirləndirilən şəxs dövlət büdcəsindən ayrılan pulu mənimsəməkdə ittiham edilir.

Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Geri qayıt