Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > “Orta statistik azərbaycanlı” özünə ev almaq üçün 35 il gözləməlidir
Əsas Səhifə > Güney Press > “Orta statistik azərbaycanlı” özünə ev almaq üçün 35 il gözləməlidir

“Orta statistik azərbaycanlı” özünə ev almaq üçün 35 il gözləməlidir


28-01-2025, 12:57
“Orta statistik azərbaycanlı” özünə ev almaq üçün 35 il gözləməlidir
Paytaxt Bakının kənar rayonlarında mənzillərin bir kvadratmetrinin satış qiyməti orta hesabla 963 dollara (1 637 manat) bərabərdir.
Yeniavaz.com xəbər verir ki, bu məlumatı dünya ölkələrindəki mövcud qiymətlərin statistikasını yayımlayan nüfuzlu “Numbeo” portalı açıqlayıb.
Məlumata görə, paytaxt Bakının kənar rayonlarında 100 kv. metr sahəsi olan mənzilin orta satış qiyməti 164 min manat təşkil edir.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu məlumata görə, Azərbaycanda bir nəfərin orta aylıq nominal gəliri 677 manat olub.
Bildiyimiz kimi, Azərbaycanda yaşayış minimumu 285 manat təşkil edir. Bu məbləğ istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilən toplusudur.
Bu həm də o deməkdir ki, bir insan həyatını minimum səviyyədə davam etdirə bilmk üçün ay ərzində ən azı 285 manat xərcləməlidir.
Belə olan halda, vətəndaşın orta aylıq gəlirindən (677 manat) yaşayış minimumunu (285 manat) çıxdıqdan sonra “əlində” 392 manat qalacaq.
Bu halda isə Azərbaycan vətəndaşına paytaxtın kənar rayonlarından 100 kv. metr sahəsi olan mənzili ala bilmək üçün 35 il (164 000 / 392 = 418 ay) vaxt lazım olacaq. Bu həm də o zaman mümkün ola bilər ki, vətəndaş minimum xərclərindən başqa heç bir əlavə xidmət və məhsula pul xərcləməsin.

Geri qayıt