Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Aİ missiyası bölgədə xaos yaratmağa çalışır
Əsas Səhifə > Güney Press > Aİ missiyası bölgədə xaos yaratmağa çalışır

Aİ missiyası bölgədə xaos yaratmağa çalışır


28-01-2025, 14:02
Aİ missiyası bölgədə xaos yaratmağa çalışır
Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının mandatının uzadılması gözlənilir. İddiaya görə, missiyanın səlahiyyətləri də genişlənəcək. Həmin bölmələrinin sərhədin Ermənistan-Türkiyə və Ermənistan-İran hissələrində yerləşdirilməsi planlaşdırılır.

Aİ-nin bu addımı bölgədə sülhün bərqərar olmasına mane olacaqmı? Ermənistanın İran ilə münasibətlərində pproblem yaranacaqmı? Müəyyən irəliləyişlərin gözlənildiyi Ermənistan-Türkiyə əlaqələri dalana dirənəcəkmi?

Məsələ ilə bağlı TNS-ə açıqlama verən Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayev bildirib ki, bu missiyanın mandatının iki il müddətinə uzadılması və eyni zamanda ona müəyyən funksiyaların verilməsi gözlənilir.

O qeyd edib ki, Aİ, Qərbin böyük bir hissəsi Ermənistan-Azərbaycan münaqişəsində əvvəldən qərəzli olduqları kimi indi də eyni mövqedədir: “Aydın görünür ki, Ermənistanın tərəfindədirlər və daim İrəvanı müdafiə edirlər.

Cozef Baydenin hakimiyyəti dövründə Ermənistan, Aİ və ABŞ nümayəndələrinin görüşü keçirildi. Ondan sonra bu məsələ daha da sürətləndi. Əslində Aİ-nın Azərbaycana qarşı fərqli siyasət yeridəcəyini gözləmək də sadəlövhlük olar, çünki burada xristian təəssübkeşliyi var. Aİ-yə üzv ölkələrin böyük əksəriyyəti sümürgəçilik, müstəmləkə siyasəti ilə məşğuldur. Fransa başda olmaqla, bu siyasəti indi başqa formada davam etdirmək istəyirlər. Bu da ondan ibarətdir ki, müxtəlif bölgələrə, o cümlədən Cənubi Qafqaza müdaxilə etsinlər, gərginlik yaratmaqla öz məqsədlərinə, istəklərinə, korporativ və geopolitik maraqlarını təmin etməyə nail olsunlar.

Təəssüf ki, Qərbi özünə təhlükə hesab edən İran da buna lazımi reaksiya vermir. Təbii ki, bölgədə Rusiyanın da maraqları var. Rusiya Qərbin bölgədə söz sahibi olmasının əleyhinədir”.

Deputatın sözlərinə görə, burada əsas məsələ Türkiyənin addımlarından asılıdır: “Qərbin müəyyən dairələri çalışır ki, Ermənistanla Türkiyənin münasibətlərini yumşalsın, sərhədlər açılsın. Bu, bizim marağımıza uyğun deyil. Təbii ki, Azərbaycanla Türkiyə strateji müttəfiqdir, qardaşdır. Türkiyə heç vaxt Azərbaycanın maraqlarının əleyhinə addım atmaz.

Yəni heç bir dövlət düşünməsin ki, Ermənistanı silahlandıracaq, gücləndirəcək, sonra da bu casus şəbəkəsini bizim sərhəddə yerləşdirəcək. Bu, mümkün deyil. Azərbaycanın mütləq reaksiyası olacaq. Ermənistana müəyyən qədər vaxt verilib. Aparılan müzakirələr Azərbaycanın təqdim etdiyi beş prinsip əsasında həyata keçirilib. Bundan sonrakı müddətdə hesab edirəm ki, Ermənistan vaxtı uzatmağa çalışacaq. Azərbaycan belə olan halda qarşısına qoyduğu məqsədə çatmaq üçün lazım olan addımları atacaq”.


Geri qayıt