Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Azərbaycanlı sahibkarlardan 5 milyon rüşvət alan
Əsas Səhifə > Güney Press > Azərbaycanlı sahibkarlardan 5 milyon rüşvət alan

Azərbaycanlı sahibkarlardan 5 milyon rüşvət alan


28-01-2025, 11:28
Azərbaycanlı sahibkarlardan 5 milyon rüşvət alan
Rusiyanın Yekaterinburq qarnizonu hərbi məhkəməsi keçmiş təhlükəsizlik zabiti və Tümen vilayətinin qubernatorunun keçmiş müşaviri Yevgeni Filipoviç barəsində həbs qətimkan tədbiri seçib.

Lent.az yerli mediaya istinadla bildirir ki, o, ötən ilin sonunda 5 milyon rubl rüşvət almasını etiraf etdikdən sonra gizli saxlanılıb. Barəsində martın sonuna qədər həbs qətimkan tədbiri seçilib.

Məlumata görə, Filipoviç və iş adamı Kahin İsmayılov Talitsada qanunsuz ağac kəsilməsinə görə cinayət təqibindən yayınmağa kömək edəcəklərini vəd edərək, tanış azərbaycanlı sahibkarlardan 5 milyon rubl rüşvət almağa cəhd ediblər.

Onlar polislərin meşələrin qırılması prosesinə qarışmayacağına, “hər şeyin nəzarətdə olduğuna” inandırsalar da, azərbaycanlılar meşəni kəsib daşımağa başlayan kimi polis onları saxlayıb.

Sahibkarlar aldandıqlarını anlayaraq Filipoviç və İsmayılova məlumat veriblər. Filipoviç pulun köçürülməsi zamanı müstəntiqlər tərəfindən avtomobildə saxlanılıb.

Dələduzluğa cəhd maddəsi ilə cinayət işi açılıb.

Hadisənin Tümen vilayətində baş verməsinə baxmayaraq, məhkəmə Yekaterinburqda keçirilib, çünki orada Filipoviçlə bağlı bir çox korrupsiya epizodları baş verib.

Geri qayıt